Ceyhun Bayramov yaxın günlərdə İrəvanla sülh müqaviləsi ilə bağlı danışıqların keçiriləcəyini açıqladı...
Sülh müqaviləsi istiqamətində danışıqlarda bəlli fasilə yaranmışdı. Buna baxmayaraq, mətn üzərində işlər davam etdirilirdi.
Bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
Nazir qeyd edib ki, Münxen Təhlükəsizlik konfransında Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilmiş görüşdən sonra prosesə yenidən start verilməsi barədə qərar qəbul olunub. Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır.
ZÜMRÜD