"Hizbullaha qarşı zərbələr artırılacaq" - İsrailin müdafiə nazirindən AÇIQLAMA
İsrailin müdafiə naziri Yoav Qalant bəyan edib ki, İsrail Qəzzadakı döyüşlərdə fasilə ilə bağlı HƏMAS ilə əldə olunan razılaşmadan asılı olmayaraq, Livandakı Hizbullah hərəkatına hücumlarını gücləndirəcək.
"Biz məhv etdiyimiz komandirlər üçün əvəz tapa bilməyən Hizbullaha qarşı atəş gücünü artırmağı planlaşdırırıq. Əgər Qəzza zolağındakı döyüşdə müvəqqəti fasilə əldə olunarsa, şimalda atəşi artıracağıq”, – deyə nazir bildirib.
Mətləb Salahov