Lukaşenko KTMT ilə bağlı Paşinyanın tələsdiyini dedi - "...o çökməyəcək, dağılmayacaq”
Minsk Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı heç bir müraciət almayıb. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Belarus lideri Ermənistana inteqrasiya strukturlarını tərk etməyə tələsməməyi tövsiyə edib. Lukaşenko hesab edir ki, Paşinyan tələsib və Ermənistanın KTMT-də iştirakını dondurmaq barədə emosional açıqlama verib.
“KTMT-də olmaq istəməsələr belə, o çökməyəcək, dağılmayacaq”, – Belarus lideri söyləyib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə “France 24” telekanalına müsahibəsində ölkəsinin KTMT-də iştirakını dayandırdığını deyib.
ZÜMRÜD