ABŞ Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməkdən qorxur, səbəbi isə…
“Bloomberg” agentliyi yazıb ki, ABŞ qlobal iqtisadiyyatı sarsıtmaq istəmədiyi üçün Rusiyaya qarşı həqiqətən ciddi sanksiyalar tətbiq etməkdən qorxur.
Agentliyə danışan ekspertlər iddia edirlər ki, Bayden administrasiyasının sanksiyalarla bağlı ehtiyatlı mövqeyi "qlobal dünyada hər şey bir-birinə bağlı olduğundan ABŞ iqtisadiyyatına dərin zərər vurmaq narahatlığından qaynaqlanır". ABŞ Maliyyə Nazirliyinin keçmiş rəsmisi Kim Donovana görə, sanksiyaların Rusiyaya həqiqətən güclü təsir göstərməsi üçün bütün dünya iqtisadiyyatına mənfi təsir edəcək tədbirlərin görülməsi gözə alınmalıdır.
TAHİR