Ermənilərin 17 əsr əvvələ aid etdikləri saxtakar "müqəddəs Kiril " əslində kimdir...
Erməni Eçmiədzin kilsəsinin təxribatları yenə davam edir. Zaman-zaman sülh əvəzinə separatizmə, terrorçuluğa açıq dəstək göstərən bu "dini ibadət" idarəsi, Yerusəlim erməni kilsəsinin (?) patriarxı Kirilin, yepiskop Kirilin və anası Annanın xatirəsinə aid dini bayram keçirir. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu barədə fikirlərini paylaşıb. A.Quliyev yazır: "Bu günlərdə erməni kilsəsi 4- cü əsrdə yaşadlqları iddia edilən Yerusəlim erməni kilsəsinin(?) patriarxı Kirilin, yepiskop Kirilin və bunun anası Annanın xatirəsinə aid dini bayram keçirirlər. Bu Kiril əslində kimdir? Tarixi həqiqətlərə görə patriarx Kiril deyilən adam separatçı dini baxışlarına görə Yerusəlim kilsəsindən sürgün edilib, yepiskop Kiril isə patruarx Kirilin kilsədə olmadığı vaxtlarda onun kafedrasını, yəni taxtını zəbt etmiş fırıldaqçıdır.. Bəs bunun anası Anna kimdir? Tarixi həqiqətlərə baxaq.
Yerusəlim erməni kilsəsinin guya patriarxı kimi qələmə verilən və müqəddəs deyilən Kiril 381- ci ildə Konstantinopolda 2- ci Dünya Kilsə məclisində iştirak edib və yeres baxışlara görə məclisdən qovulub və sürgün edilib. Onun Yerusəlim kilsəsindəki yerini boş görən və sonradan yepiskop Kiril adlandırılacaq əslində fırıldaqçı bir adam anası Anna ilə birlikdə guya İusosun müqəddəs xaçını hardansa tapıb üzə çıxardıblar, sonra bu xaçın altında yeni Kiril kimi elan olunaraq patriarx Kirilin yerində əyləşdirilib.
Beləliklə, erməni Eçmiədzin kilsəsinin bu günlərdə xatirə günü kimi qeyd etdikləri 2 Kirilin biri xristian kilsəsindən 1700 il əvvəl- 4 -cü əsrdə qovulmuş separatçı- xristianlıq düşmənidir, 2- ci Kiril onun kreslosunu tutmaq üçün özünü patriarx elan etmiş yalançıdır, yalançı Kirilin anası Anna isə fırıldaqçının əlaltısından başqa kimsə deyil."
Mətləb