Ermənistan KTMT-ni növbəti dəfə boykot etdi - həm də Lukaşenkonu "vurdu"...
Görünür ki, Paşinyan sözünün üstündə durmaqda qərarlıdır.Frans 24 tv- yə müsahibəsində demişdi ki, Ermənistan KTMT- də öz fəaliyyətini dondurub.Bu da davamı...
Belarusda parlament seçkilərinə KTMT Parlament Assamblayasından gəlmiş müşahidəçilər heyətində tək Ermənistan deputatları yoxdur. Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistandan parlament təmsilçiləri gəlsə də, ermənilər gəlməyib. KTMT PA- nın müşahidə missiyasının rəhbəri Əlişir Erbayev deyib ki, erməni deputatlar bu qurumun işində iştirak etməli idilər, lakin seçim onlarındı ....
Ermənistan deputat korpusunun bu hərəkəti əslində həm də Belarus prezidenti Lukaşenkoya siyasi münasibətin göstəricisidir.
Nahid Salayev