Ukraynaya nə qədər lazım olsa, kömək edəcəyik- NATO- dan qəti mövqe gəldi....
Ukrayna - NATO Şurası müharibənin 2 illiyi ilə bağlı bəyanat yayıb.Bəyanatda deyilir ki, Rusiya Ukrayna dövlətçiliyini dağıda və Ukrayna xalqının iradəsini qıra bilmədi, süveren və demokratik Ukrayna xalqı qalib gəldi, Rusiyanın Qara dəniz donanmasını geri oturtdu və işğal olunmuş ərazilərinin xeyli hissəsini azad etdi . Rusiyaya kömək edənlərin hamısını ittiham edirik. Müharibəyə görə yalnız Rusiya və ona kömək edənlər məsuliyyət daşıyır. Ukraynaya nə qədər lazım olsa , o qədər kömək edəcəyik" . Bəyanatda belə deyilir.
Namiq Quliyev