26 deputat İsrailin simvollarının qadağan olunmasını tələb etdi....
Fransa parlamentində İsrailin Qəzzaya hücumlarına qarşı etiraz təşəbbüsləri başlayıb. 26 fransız deputat Beynəlxalq Olimpiya komitəsinin sədri Tomas Baxa məktub yazaraq tələb ediblər ki, bu il iyul- avqust aylarında Parisdə keçiriləcək Olimpiada - 2024 oyunlarında İsrail komandasının öz dövlət simvolları ilə - bayraq, gerb və himnlə çıxışı qadağan olunsun. Deputatlar bunu İsrailin Qəzzada törətdiyi genosidlə izah ediblər.
P.S.Fransanın siyasi elitasına çoxdan unudulmuş vicdan kateqoriyası yenidən qayıdır? İsrailin Qəzzada dinc insanlara qarşı törətdikləri təbii ki cəzasız buraxılmamalıdır. Lakin bu etirazçı fransızlar öz dədə - babalarının müstəmləkələrdə törətdikləri soyqırımları da görsələr yaxşı olar. Və ya "saxta genosid" iddiaları altında qurulmuş erməni oyunlarına uymasalar, daha yaxşı olar.
Namiq Quliyev