Səfirin villasının qapısına 2 ton mal peyini tökdülər...
Ukrayna müharibəsinin başlanmasının 2- ci ildönümü dünya ölkələrində müxtəlif cür etiraz formaları ilə özünü göstərdi. Varşavada bir qrup fəallar Rusiyanın bu ölkədəki səfiri Sergey Andeeeyevin villasının qapısına 2 tondan çox mal peyini töküblər. Başqa şəhərlərdə də buna bənzər emosional etiraz addımları atılıb . Polyak fəallar hesab edir ki, qlobal təhlükə Rusiyadan gəlir, odur ki, bu ölkənin diplomatlarının Polşada çıxarılmasını tələb edirlər.
Namiq Quliyev