Fransanın Ermənistandakı ilginc planını İran kəşfiyyatı qeydə aldı...
Mehman İsmayılov: “Bu, Makronun demoqogiyası və Paşinyanın siyasi dələduzluğundan...”
Fransanın Ermənistan üzərində təsiri o qədər artıb ki, artıq fransızlar bu ölkədə tam sərbəst hərəkətə yol verirlər. Xüsusən də hərbi sahədə onların aktivləşdikləri diqqəti çəkir.
Fransanın İrəvandan Rusiya hərbi bazasını çıxarmaq və orada fransız hərbçilərinin yerləşdirilməsi planından İran kəşfiyatı da xəbər tutub və ciddi narahatlıq keçirib.
“Fransanın Ermənistan ərazisində hərbi baza yaratmaq, yaxud fransız hərbçilərini orada yerləşdirmək planının həyata keçməsinə...”
Politoloq Mehman İsmayılov baki-xeber.com-a şərhində bildirdi ki, Fransanın belə bir planı olsa da belə, onun yerinə yetirilməsi mümkün deyil. “Ermənistanın ərazisindəki 102-ci Rusiya hərbi bazasının çıxarılıb onun yerinə Fransa hərbi bazasının yerləşdirilməsi bu gün üçün real deyil. Bu, Makronun demoqogiyası və Paşinyanın siyasi dələduzluğundan uzağa getməyən bir təbliğatdır. Fransa, təbii ki, Afrikada uduzduğu mövqelərə görə Rusiyanın, Aralıq dənizində uduzduğu mövqelərə görə Türkiyənin, Güney Qafqazda uduzduğu mövqelərə görə Türkiyənin və Azərbaycanın qarşısında əngəl olmağa çalışır. Paşinyanın Parisə səfəri və oradan Rusiyanı hədələməsi, Azərbaycanı şərləməsi bizim adət etdiyimiz məsələdir. Həmişə söyləmişəm, nəinki baş nazir, bütövlükdə ermənilərin adi bir çəkməçisi, ayaqlarındakı ayaqqabı belə yalan danışır. Paşinyan Azərbaycanı guya yeni hücumlarda günahlandırır. Azərbaycan Ermənistanın ərazisinə heç zaman hücum etməyib. Bunu dünyada hər kəs bilir və bunu bilməyən yoxdur. Ermənistan sadəcə Rusiyanı şantaj edib Rusiyadan nə qoparacağını, Qərbi şantaj edib Qərbdən nə qoparacağını düşünür. Paşinyan sülhə doğru bir addım belə atmır”-deyə politoloq bildirdi.
M.İsmayılovun sözlərinə görə, Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin bütün sülh təşəbübslərinə qarşı Makronla Paşinyan sabotaj həyata keçirir. “Amma bu cür düşünmək ki, gerçəkdən onlar KTMT-dən çıxacaqlar, Ermənistanın ərazisinə Fransa hərbi bazaları gələcək, bu, fövqəladə qeyri-real məsələlərdir”.
M.İsmayılov qeyd etdi ki, Ermənistan KTMT-dən çıxmaq barədə son üç ildə müxtəlif çeşidli bəyanatlar verib, bunun heç birini yerinə yetirməyib. “Fransanın Ermənistan ərazisində hərbi baza yaratmaq, yaxud fransız hərbçilərini orada yerləşdirmək planının həyata keçməsinə Türkiyə, Azərbaycan, Rusiya imkan verərmi? Sadəcə olaraq, Fransa Qərbin dəstəyi ilə, Avropa İttifaqının çətiri altında sülh proseslərini sabotaj edir. Ermənistanın baş naziri isə özünün 3-cü sinif keşiş savadı ilə bütün məsələlərə yaşıl işıq yandırmaqla bölgədə sülhə qarşı radikal addımlar atmaq istəyir. Paşinyan nə Ermənistan daxili auditoriyası, nə xaricdə olan erməni lobbisi, nə erməni kilsəsi, nə Daşnaksütyun üçün birləşdirici fiqur sayılır. Paşinyanın nə düşündüyü, təbii ki, bölgədəki məsələləri idarə edə bilməz. Azərbaycanın özünün sərt mövqeyi var. Fransanın Ermənistanı silahlandırmasına qarşı Azərbaycan çox sərt mövqe sərgiləyəcək və sərgiləməlidr. Çünki Ermənistan təcavüzkar dövlətdir və onun apardığı militarist siyasətə yenidən yol vermək olmaz. Makronun oynadığı oyuna qarşı Azərbaycan sərt mövqe tutmalıdır. Burada Avropa İttifaqı adı altında Qərb dövlətlərinin qoşunlarının gəlməsinə və sairə qarşı Azərbaycan, Türkiyə, Rusiya, İran birgə müqavimət göstərməlidir. Çünki Ermənistanın apardığı dağıdıcı, revanşist fəaliyyət qəti şəkildə sülhə xidmət etmir, yalnız Güney Qafqazı yenidən qan gölünə çevirmək üçün atılan addımlardır. Ona görə də buna qarşı çox sərt mövqe sərgilənməlidir. Amma Paşinyanın və Makronun arzuladığı Ermənistan ərazilərində Fransa hərbi bazalarının olması fantastik bir nağıla bənzəyir”-deyə M.İsmayılov qeyd etdi.
Paşinyanın Parisdən Rusiyanı hədələməsini, KTMT-də fəaliyyətlərini dondurmaqla bağlı bəyanatını erməni demoqogiyası adlandıran M.İsmayılov hesab edir ki, bu cəfəngiyatdır, heç bir məna ifadə etmir.
İradə SARIYEVA