Zelenski martda Bakıya gəlir?...
Erməni KİV- ləri Ukrayna prezidenti Zelenskinin mart ayında Yerevana və Bakıya səfər edəcəyini yazıb .Ermənistan XİN- dən məsələyə qeyri- müəyyən cavab verilib. "Belə məsələlərə öz zamanında cavab veriləcək"- XİN bildirib. Erməni KİV- ləri Zelenskinin martın 4- də Yerevana gələ biləcəyini ehtimal edir. Maraqlıdır, Zelenskinin səfəri ilə bağlı Azərbaycanda heç bir rəsmi və ya qeyri- rəsmi məlumat olmadığı halda, erməni mediasında Azərbaycanın adı niyə hallandırılır?...
Ola bilsin ki, Zelenski Yerevana həqiqətən səfər etsin. Ermənistan Rusiya ilə qarşı dayanan tərəflərə çevriliblər.Azərbaycanın isə balanslı siyasəti var. Bu məntiqlə Zelenskinin Bakı səfərinə xüsusi bir ehtiyacın olduğu inandırıcı deyil...
Namiq Quliyev