KÖHNƏ VERSİYA            

QARAÇÖPÜN QARAPENCƏK – QARACA ŞAİRİNƏ!

Image

Günlər keçdikcə, aylar ötdükcə, illər dolandıqca ömür iz-iz öz yolu, öz magistral xətti ilə mənzilinə doğru varır. Bir-birinə bənzəməyən enişdən, yoxuşdan keçir. Sınanır, güvənilir, bəzən də güvənsiz gədiklərdə darılır, nəhayətdə yenə də, geriyə dönüşü olmayan, girişli-çıxışlı bu varışı davam edir ömür. 

Hardan başlayır bu ömrün yolu? Əlbəttə ki, iki insanı bir-birinə bağlayan eşqin çılğın enerjisindən; bu enerjinin ana bətnində bağlanan kündəsindən; o kündədə formalaşan, yetginləşən, Tanrı vergisindən doğan alın yazısından. Hər insanın isə alnına digərinə bənzəməyən bir tale yazılır. O tale insanı gözləmədilyi, heç vaxt ağlına gəlməyən yerlərə aparır...

...Kim deyə bilərdi ki, Qaraçöpdə, məhəbbətlə dolu bir ailədə dünyaya göz açan, yüyürə-yıxıla-dura böyüyən iri-qara gözlü, qarabəniz bir körpə, günlərin bir günündə, qara pencəyinin qoynunda, daşlı-kəsəkli yollardan keçib vardığı Estoniyanın Tartu universitetinin auditoriyalarında Vətən üçün, Yur üçün darıxa-darıxa, “beli qırılsın qarıflığın!..” deyə söylənə-söylənə alın yazısının aparıb çıxardığı o gözəl məmləkətdə təkcə Qaraçöpün deyil, ümumən türk dünyasının təkcənəsi olacaq...

Qara pencək sözü elə-belədən gəlmədi dilimə... 

Bu yay, Qaraçöpdə, bir axşam Xaqaninin şen olmuş dədə yurdunda, yenidən qurub-yaratdığı, sahmana saldığı ocağında görüşdük. Bu görüş elə bir görüş oldu ki, bu yaşıma qədər unuda bilmədiyim çox az saylı görüşlərdən biri kimi yaddaşımın elə yerinə yazıldı ki, demək olar, hər gün xatırlayıram. O gecəki süfrə möhtəşəm idi – bu ayrı; kiçik qızım Elif mənimlə idi, məclisdə yaşıdı olmadığı üçün, darıxmağa başladı, Xaqani elə bir metodik priyomlarla Elifi məclisin gedişatına bağladı ki, uşaq darıxdığnı unutdu, heyran qaldım – bu da bir ayrı; bütün deyilən sağlıqlar şeirlərlə bəzənirdi, bunun da misli yox idi – bu da bir ayrı; istiqanlılıq, insancanlılıq, dostyanalıq, az qala, hər kəsi öz əlləri ilə yedirməyə çalışırdı – bu da bir ayrı – belə “ayrılar” çox idi, ancaq nəql etdiyi bir əhvalat ayrıların-ayrısı oldu. Bax, hər gün xatırladığım məhz həmin qeyri-adi “ayrı” o idi ki, o əhvalatı mən səhnə əsərinə çevirmək niyyətindəyəm. Ona görə də qeyri-ixtiyarı o görüş gözlərim önündə dönə-dönə canlanır. Əhvalatın qısa məzmunu belədir – ancaq, ürəkyandıran bir möcüzədir:

Deməli, bir gün Xaqaniyə evdən zəng olunur ki, evə tez gəlsin. Qızları gəlib, onu gözləyirlər. Xaqanini heyrət götürür. Axı qızların hərəsi Avropanın bir ölkəsində yaşayır, nə hadisə baş verib ki, gəliblər? Soruşur, rahatlayıcı bir cavab ala bilmir. Düşünür ki, yəqin oğlunun “həngaməsidir”. Oğlunun qarasınca danışa-danışa evə tələsir. Evə çatır, (mən əhvalatı bir az öz bildiyim kimi danışıram, azacıq təhrifim olsa, qardaşım məni bağışlayar!) tələm-tələsik içəri girir, baxır ki, süfrə açılıb, hamı süfrənin başındadır. Yadına düşür ki, bu gün onun ad günüdür. Gülümsünür, “ay sizi, ürəyim qopmuşdu”, deyə, qızlarla qucaqlaşır, görüşür, bir qədər kövrəlir (kövrəklik də ki, Xaqaninin etiketidir!), ağlamsınır... lakin, sonrakı mənzərə onu hönkürdür...

Xaqani əhvalatı danışarkən mən hadisənin dramatizminə onun hönkürtüsündən daha çox göz yaşlarına qərq oldum. Demək, qızlar bir qutu gətirirlər, qoyurlar stolun üstünə, atalarına xahiş edirlər ki, qutudakı hədiyyəni çıxarsın. Xaqani qutunu açır, qutudan bir pencək çıxır. Çox bəyəndiyini söyləyir. Ancaq soruşur ki, “niyə məhz pencək? Evdə pencəklər çoxdur”. Xaqanini hönkürdən və əhvalatı göz yaşları ilə xatırladan və mənim də ağlamağıma səbəb olan o unudulmaz günün söylənən əhvalatının kuliminasiya nöqtəsi ondan ibarətdir ki, demə, qızlar orta məktəbə gedəndə, demək olar ki, Xaqani hər gün qızlara deyərmiş ki, “Qızlarım, siz mütləq oxumalısınız. Qardaşınız oxumasa, o qədər özümə dərd eləmərəm, ancaq sizi, lap pencəyimi satmaq da olsa, oxudacam. Qurbanınız olum, amandı-hoydu, oxuyun!”. Xaqani demək olar ki, qızlara hər gün pencəksatmaq ideyasını təkrarlayarmış. Qızlar da uşaq ağılları ilə inanır, bir oxumalıylarmısa, qorxudan beş oxuyurlarmış ki, ataları pencəyini satmalı olmasın. Estoniya soyuq olan ölkədir. Pencəyi satar, qalar pencəksiz, soyuqdan ölər... 

Qız uşaqlarındakı ata məhəbbətinə baxın!.. 

Uzun illər bu qorxu ilə təhsil alan qızlar, maşallah, atalarını qürurlandıracaq dərəcədə yetişdilər və yüksək təhsilləri ilə mühüm mərtəbələrə ucaldılar... 

İndi isə, demə, qızlar belə qərara gəlirlər ki, “atanın doğum günündə onun başına yığışaq, o “qəmli”, “qorxunc” hadisəni rəmziləşdirmək üçün ataya əziz olan günündə sürpriz olaraq pencək hədiyyə edək.”...

Dostlar, bu hadisənin emosional təsiri bilmirəm sizdə hansı hissləri oyatdı, ancaq həmin gün qızların gözlərinin içinə baxdıqca Xaqaniyə hansı hissləri yaşatdığını, necə duyğulandırdığını təsvir etməyə ehtiyac qalmır. Məni isə, Xaqani gapını elədikcə, necə dəhşətli dərəcədə sarsıtdığını sözlə ifadə edə bilmirəm... Mən, o körpəcə qızların qeyrətini, heç bir mübaliğəsiz, Tomrisdən üzü bu tərəfə, böyük bir etnosun bütovlüyünün, paklığının rəmzi kimi qiymətləndirirəm! Və düşünürəm ki, Qaraçöpün qarapencəkli – qaraca şairinin övladları məhz belə əqidə sahibi olmalıdırlar! Çünki, Xaqani özü də bənzərsiz və yüksək keyfiyyətləri ilə tanınan, türkün qayım-qədim kişilərindəndir! Millət içində milliliyini qoruyan, təpədən dırnağa qədər özü olan, millətinə şan gətirən bir ziyalıdır.

Mən Xaqanini uzun illər qiyabi tanımışam. Haqqında həmişə xoş sözlər eşitmişəm. Ara-sıra, rast gəldikcə, şeirlərini oxumuşam. Bəyənmişəm. Qürurlanmışam. Ancaq, yaxından tanıdıqdan sonra, xüsusən də bu yay bu əhvalatı eşitdikdən sonra ona münasibətim o günə qədərki rəğbəti geridə qoydu və Xaqaniyə bir insan kimi, bir eloğlu kimi, bir şair kimi, bir ata kimi və nəhayət bir Vətən oğlu kimi, həm də bir dost kimi bir könüldən min könülə bağlandım. O, artıq mənə fərəh gətirən qardaşımdır!.. 

Beləliklə, gələk o məqama ki, hər bir insanın öz obrazı var. Hər bir insan öz obrazı ilə nəzərlərdə canlanır. “Ağayana adamdır”, “mülayimdir”, “dəli-doludur”, “Kişi adamdır” və s. bu kimi etiketlər insanın obrazını ifadə edir.  

Bəzən adama elə gəlir ki, iri-qara gözlü, qarabəniz Xaqani Qayıblı əynində qara pencəyi və ya qara yapıncısı, ağ at üstündə, bir əli atın yalmanında, bir əlində isə qamçısı başı üzərində yellənən, şeirləri dilində əzbər, qıy qoparıb şeirlərini hayqıraraq yara-yara dəli küləyi, üzü körpəliyindən bəri, Qaraçöpün əsl qədir-qayım kişiləri kimi 60 ildir ki, elə hey çapan bır kolarit mücəssiməsidir. Elə bil, Qavrı çayı kükrəyib, daşıb və sellənə-sellənə anrıdan bəri coşaraq, sağı-solu yara-yara gəlir misallı... 

Şeirləri küləyin ahəngində nəğməyə çevrilərək, sanki həzin-həzin aləmə yayılır. Bax, Xaqani Qayıblının obrazı mənim gözlərimdə həmişə bu cür, belə nəhəng timsalda, çılğın dinamika ilə canlanır.  Çap, eloğlu, çap... çap, dərdiş, çap... çap, ağrın alım, çap... çap, a Qaraçöpün qarapencək, qarabəniz – qaraca şairi, çap!.. 

Alın yazın yığvallı, yolun həmişə açıq, uzun, izlərin qalımlı, varacağın mənzilin uzaq olsun! 

Çoxunu Tanrı versin, ən azından, bundan sonra bir 60 da, ancaq sağlam və könül xoşluğuynan yaşanacaq ömrü mən arzulayıram!








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031