Britaniyanın keçmiş baş nazirindən şok iddia - ABŞ və İngiltərəni “dərin dövlət” idarə edir...
Böyük Britaniyanın keçmiş baş naziri Liz Truss ölkəsinin “dərin dövlət” tərəfindən idarə olunduğunu və ona qarşı mübarizə apardığını bildirib.
"Baş nazir olduğum 50 günlük müddətdə “dərin dövlətə” qarşı mübarizə apardım. Mənə verdiyim vədləri yerinə yetirməyə imkan vermədilər" deyən Truss “dərin dövlətin” böyük reaksiyası ilə qarşılaşdığını bildirib.
ABŞ və İngiltərənin dərin dövlət tərəfindən idarə olunduğunu deyən keçmiş baş nazir bildirib ki, İngiltərədə əvvəllər siyasətçilərin əlində olan güc son 30 ildə bürokratlara və hüquqşünasların əlin keçib.
Keçmiş baş nazir deyib ki, “sol” agentlər dövlət idarəçiliyi və “dərin dövlət”də fəaliyyət göstərirlər.
"Böyük Britaniyada vergiləri azaltmaq, hökuməti kiçiltmək və demokratik hesabatlılığı bərpa etmək səylərimi sabotaj etdikləri üçün bunu birbaşa görmüşəm. Biz demokratik yolla seçilmiş hökumətlərin öz siyasətlərini həyata keçirə bilmədiyini görürük" - Truss deyib..
Tahir TAĞIYEV