KÖHNƏ VERSİYA            

"YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq" - Vüqar Rəhimzadə

Image

YAP Xətai rayon təşkilatının yaradılmasının 31 ili tamam olub

Fevralın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının  yaradılmasının 31 illiyi qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin YAP Xətai rayon təşkilatının qərargahındakı büstünün önünə qızıl gül dəstələri düzüblər.

Sonra akt zalında davam edən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda  canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə  bu məqamı böyük fəxr hissi və qürurla qeyd edib ki, son üç ildə hər bir əlamətdar günü, bayramlarımızı tamamilə fərqli ovqatda qeyd edirik. Ötən ilin sentyabr ayında  Silahlı Qüvvələrimizin həyata keçirdiyi  lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa  olundu. Cari ildə ölkəmizin həyatında mühüm və qürurverici hadisə yaşandı. Suverenliyimizin tam bərpa olunması fonunda ölkəmizdə prezident seçkiləri keçirildi. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin – seçicilərin 92,12 faizinin səsini qazanaraq inamlı qələbəsi ilə hər birimizi sevindirdi. Bu qələbə xalqımızın qalib Liderinə sonsuz inamının, yüksək etimadının göstəricisi,  son 20 ilin uğurlarına verilən dəyərin təqdimatı oldu.  

 Vüqar Rəhimzadə qeyd edib ki,  Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi YAP  qələbələr partiyası kimi qazandığı imicinə daim  yeni əlavələr edir. Ulu Öndərin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi YAP tarixin bütün sınaqlarından şərəflə çıxaraq cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Prezident İlham Əliyev belə bir əminliyi ifadə edir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Partiyanın ilk yaradılan rayon təşkilatlarından biri  bu gün sıralarında 15 mindən artıq üzvü  birləşdirən Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatıdır. Təşkilatın hər bir üzvü Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran Ulu Öndər Heydər Əliyevin  ideyalarının, cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin  təbliğatçısı olmaqla bərabər, partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə səy göstərir. Tarixi Zəfərimizin reallıqları fonunda keçirilən partiyanın VII qurultayında yeni qərarların qəbulu, yeni tərkibin formalaşması  qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir. Yeni Azərbaycan Partiyasının zəngin ənənələrə malik partiya kimi nüfuzu gündən-günə artır.

  Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Yeni Azərbaycan Partiyasının  ölkəmizin hər bir uğurunda payı olduğunu bildirib. Böyük fəxr və qürur hissi ilə qeyd edib ki, müstəqilliyimizin yenidən bərpasından ötən dövrün çətin, eyni zamanda, şərəfli yolunda qazanılan nailiyyətlərin müəllifləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev və Onun  layiqli davamçısı, son 20 ildən artıq dövrdə Azərbaycanı ən yüksək zirvələrə ucaldan qalib  Prezidentimiz cənab İlham Əliyevdir. Ümummilli Liderin ideyaları uğurlarımızın əsası, stimulverici qüvvəsidir. Müasir müstəqil Azərbaycanın uğurlarında Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Onun  dövlətə, xalqa xidmət nümunəsi olan fəaliyyəti ölkəmizin hərtərəfli inkişafına yönələn layihələrin uğurla icra edilməsində özünün aydın ifadəsini tapır.

   Rafiq Quluyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan geniş bəhs edərək bildirib ki, YAP-ın ilk gündən tutduğu yola, əqidəyə sadiqlik nümayiş etdirməsi onun ümumxalq partiyası kimi nüfuz qazanmasını şərtləndirir. Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətdə böyük nüfuza malik olan insanları birləşdirir, xalqın arzu və istəklərinin həyata keçirilməsinə öz töhfələrini verməyə səy göstərir.  YAP, eyni zamanda, qələbələr partiyasıdır. Bu partiya ölkəmizdə keçirilən bütün seçki proseslərində qələbəsi ilə diqqətdədir. Bu, xalqın Heydər Əliyev ideyalarına sadiqliyinin, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətə dəstəyinin nümayişidir. Cənab İlham Əliyev 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi kimi inamlı qələbə qazandı və bununla da suverenliyi, ərazi bütövlüyü tam bərpa edilən Azərbaycanın həyatında yeni dövr başladı. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində qarşıdakı dövrün hədəflərini açıqlayaraq bu əminliyi də ifadə etdi ki, yeni dövrə uğurla başladıq və bu prosesi uğurla davam etdirəcəyik.

  YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü  Arif Rəhimzadə bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin çətin vəziyyətində yaranıb. Həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalı  Ulu Öndər Heydər Əliyevə belə bir partiyanın yaradılması ilə bağlı  müraciət etdi.  Obyektiv səbəblərə görə Yeni Azərbaycan Partiyasının təsis konfransı  550 nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi. Yeni Azərbaycan Partiyası ümumxalq  partiyasıdır. Bu gün partiyamız Azərbaycanın həyatında mühüm rol oynayır.  Təsadüfi deyil ki, hazırda  partiya üzvlərinin sayı 800 minə yaxındır.  Bu, xalqımızın Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyinin və Prezident İlham Əliyevin siyasətinin dəstəklənməsinin göstəricisidir. Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Partiyamız ötən 32 ilə yaxın dövrdə  çətin və şərəfli yol keçib. İndiyədək Azərbaycan tarixində YAP qədər güclü partiya olmayıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Bu, o dövr idi ki, Azərbaycan müstəqilliyini itirmək təhlükəsini yaşayırdı. Partiyanın yaranmasından təqribən 7 ay sonra Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bununla da Azərbaycanın həyatında yeni mərhələ başladı. Ulu Öndərin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı daha da gücləndirən, qüdrətləndirən cənab İlham Əliyev xalqa Zəfər sevincini yaşatdı.

YAP üzvu, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rüfət Əsgərovun atası Mürvət Əsgərov bildirib ki, bu gün Azərbaycan uğurları ilə hər kəsi heyrətləndirir. Ümummilli Lider Heydər Əliyevin əsəri olan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək zirvələri fəth edir. Bu gün tarixi Zəfərimizlə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə qürur duyuruq. Bu qüruru bizlərə yaşatdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza minnətdarıq.  Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

YAP üzvu, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov çıxışında ölkəmizin, həmçinin Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından xilas oldu, yeni inkişaf yoluna çıxdı.  2003-cü ildən başlayaraq bu yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı Qarabağa və Şərqi Zəngəzura qovuşdurdu.  

YAP Veteranlar Şurasının üzvü, “91-lər”in üzvü Tahir Məmmədov Yeni Azərbaycan Partiyasının 1992-ci ilin 21 noyabr tarixində xalqın istəyi, zamanın tələbi ilə yarandığını xüsusi vurğulayaraq onu da  bildirib ki, “Yeni Azərbaycan uğrunda!” devizi ilə fəaliyyətə başlayan partiya bu gün “Biz birlikdə güclüyük!” deyir.   Tahir Məmmədov  vurğulayıb ki,  bu ilin mühüm hadisəsi olan 7 fevral prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi Heydər Əliyev siyasətinə etimadın, Yeni Azərbaycan Partiyasına inamın təqdimatıdır.

Çıxışlardan sonra YAP Xətai rayon təşkilatının həyatında fəal iştiraklarına görə bir qrup üzvə Fəxri fərmanlar, partiyaya yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim olunub.








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031