Makron 12 fevralda Zəngilanda hərbçimizin yaralanması olayını "atışma" adıandırdı... bu qədər vicdansızlıq?..
Fransa prezidenti Emmanuel Makron Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı yenə açıb "gül ağzını", yumub gözlərini. Daima erməni sevdalısı kimi çıxış edən Yelisey sarayının hazırkı sahibi yenə də qeyri-obyektiv. qərəzli fikirləri ilə önə çıxıb.
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu barədə yazıb.
A.Quliyev daha sonra yazır:
Fransa prezidenti Makron fevralın 12- də sərhədimizin Zəngilan hissəsində ermənilərin törətdiyi təxribata o qədər qərəzli və qeyri-obyektiv yanaşdı ki, onu sülh prosesindən uzaqlaşdırmaqla çox düzgün mövqe tutduğumuza bir daha əmin oldum. Görün nə deyir. "Təəssüf edirəm ki, atışmada Azərbaycan hərbçisi yaralandı". Azərbaycan hərbçilərinin bircə addım belə atmadığı halda fevralın 12-də Nerkin Anda baş verən hadisəni "atışma" adlandırmaq Makronun obyektivlikdən və vicdandan nə qədər uzaq düşdüyünü göstərir. Həmin gün atəş açanın tək ermənilər olduğunu hər kəs bildiyi halda, bu olayları atışma adlandırmaq insanın nə qədər vicdansız olduğunu göstərir.
Makron sonra deyib ki, fevralın 13-də Azərbaycanın reaksiyası qeyri-uyğun olub. Bu, artıq Makronun Azərbaycanı təslimçiliyə təhrik edəcək qədər qərəzli mövqeyidir. Necə, Azərbaycan hərbçiləri bu boyda təxribatı buraxaraq yaralı əsgərin müalicəsinə baş vurmalı idi? Atəş açmış erməni snayperini cəzalandırmaq üçün "Cəza" əməliyyatı həyata keçirməməli idik?
Mətləb