KÖHNƏ VERSİYA            

Ermənistan Ukraynanın "bir addımlığına yetişdi"...

Image

Rusiya-Ermənistan münasibətləri böhran içindədir, səbəb təkcə İrəvanın 2018-ci il inqilabından sonra dəyişən mövqeyində deyil. Bu fikri  erməni politoloq Aleksandr İskəndəryan səsləndirib. 

O qeyd edib ki, Rusiyanın Ermənistanda təsiri əvvəlcə 2018-ci ildən sonra artıb, indi isə azalır: “Vəziyyət kifayət qədər köhnədir. Ermənistan-Rusiya münasibətlərində hər zaman böhranlar yaranıb. Azərbaycana silah satışı, 2013-cü ildə Ermənistanın beynəlxalq müqavilələrə, təşkilatlara münasibətdə davranışının kəskin dəyişməsi ilə bağlı hekayəni xatırlamaq olar.
 Sadəcə olaraq, o vaxt bütün bunlar mətbuatda daha az işıqlandırılırdı. Bu baxımdan Rusiya da, Ermənistan da fərqli idi, hər şey qapalı ofislərdə həll olunurdu. İndi indiki erməni siyasi elitasının xüsusiyyətlərinə görə, əvvəllər bağlı qapılar arxasında baş verən bir çox şeylər zahirdə baş verir”.

Erməni ekspert vurğulayır ki, vəziyyəti ciddi şəkildə dəyişən başqa məqmlar da var: “Vəziyyəti Rusiya-Ukrayna müharibəsi və bu müharibə nəticəsində Rusiyanın xarici siyasətinin bəzi strukturları və alətlərinin sadəcə olaraq fəaliyyətini dayandırması dəyişdi. Məsələn, KTMT. KTMT daxilində münasibətlər təkcə ermənilərin hərəkətlərinə görə deyil, digər səbəblərdən  mürəkkəbləşir”. Ekspert KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun məhkəməsini xatırladaraq, bunun heç də adi məsələ olmadığını vurğulayır.
 O hesab edir ki, Rusiyanın Cənubi Qafqazın işlərinə ciddi qarışmağa nə imkanı, nə də istəyi var: “Ermənistan hansısa yolla bunu başqa tərəfdaşlarla əvəz etməyə çalışır. Eyni zamanda, İrəvanda insanların Avropa İttifaqının necə işləməsi barədə yaxşı təsəvvürləri yoxdur”. Onun sözlərinə görə, hazırkı vəziyyət Ukrayna ətrafında gedən proseslərin nəticəsidir. Bunlar fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın “France 24”ə müsahibəsində səsləndirdiyi fikirlər vəziyyətin daha da mürəkkəb xarakter aldığını göstərir. Paşinyan açıq mətnlə vurğulayır ki, Ermənistanın Rusiyanın hakim olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı dondurulub. Paşinyanın digər iddiasına görə, Rusiya bir neçə ay öncə Ermənistan əhalisini açıq-aşkar hakimiyyəti devirməyə çağırıb. Baş nazirin sözlərinə görə, Moskvanın ona qarşı təbliğatı dayanmır. Paşinyan rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib: “Biz ərazimizdəki qanunsuz fəaliyyətlə barışmayacağıq”. O əlavə edib ki, İrəvanın tələbləri yerinə yetirilməsə, Ermənistan bunu cavabsız qoymayacaq. Beləliklə, İrəvan Moskvaya getdikcə daha açıq şəkildə zidd siyasət yürüdür. Ermənistan parlamentinin keçmiş vitse-spikeri, politoloq Eduard Şarmazanov Kremlin bütün bunları İrəvana bağışlamayacağını bəyan edir. O, hətta ölkəsinin Ukraynaya çevriləcəyi barədə xəbərdarlıq edib. Şarmazanov bu məsələdə Qərbi və Ermənistan baş naziri Nikol Paşinyanı ittiham edib: “Onlar Ermənistanı Ukraynaya çevirmək istəyirlər. Bu isə o deməkdir ki, dövlətimiz anti-Rusiya tramplininə çevriləcək, suverenliyini itirə, yeni ərazi və insan itkiləri verə bilər”. 

Siyasətçi, həmçinin, Paşinyanı Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə müqayisə edib: “Onları birləşdirən nədir? Qərbə sevgi, Rusiyaya nifrət. Onlar itkiyə səbəb olmaqla seçilirlər. Bir şey aydındır: ölkəmiz Paşinyandan xilas olmalıdır. Əks halda pis sürprizlər olacaq”. Bu fikri erməni hərbi ekspert Ayk Nahapetyan da bölüşür. O, Paşinyanın indi Fransanın təsiri ilə Ermənistanı fəlakətə sürüklədiyini, Rusiyanın buna göz yummayacağını bildirir. Həmçinin qeyd edir ki, Fransanın Cənubi Qafqazda yaratdığı təhdidlərə Azərbaycan da göz yummayacaq: “Fransa indi Ermənistanı silahlandırır. İlk dəfədir ki, Fransadan “Bastion” zirehli texnika gəlir və onların münaqişə zonasında olan Ermənistan üçün effekt verəcəyini düşünmürəm. Məsələn, onları Ukraynaya təklif etdilər, amma rədd edildi. Çünki onlar guya avtomatik silah atəşindən qoruyur, lakin ağır pulemyotdan istifadə edilərsə, o faydasız ola bilər. Cəbhədə onların heç bir mənası yoxdur. Və istənilən ölkədən böyük miqdarda gecə görmə cihazlarını ala bilərsiniz, bu problem deyil. Hava hücumundan müdafiə sistemləri silah deyil, səmada pilotsuz uçan obyektləri aşkarlayır. Tutaq ki, onlar aşkar edilib, lakin onları məğlub edəcək avadanlıq yoxdursa, onda nə mənası var? Bu radarların İrəvana çatdırılmasının bir məqsədi var - Ermənistan Rusiya ilə hava hücumundan müdafiənin birgə idarə olunmasına dair müqavilə bağlayıb və onların vəzifəsi ümumi hava hücumundan müdafiə idarəetmə sisteminə daxil olmaqdır, çünki bu, Rusiya-Ukrayna cəbhəsinə daxil olmaq üçün Qərbə lazımdır. İrəvana gələn Fransa müdafiə nazirinin mesajı ilə bağlı demək istərdim ki, burada təhlükəli proseslər başlayır. Həmçinin Azərbaycan Prezidentinin İrəvan-Paris hərbi-texniki əməkdaşlığı ilə bağlı son dərəcə mənfi mövqeyini də nəzərə alaq. Fransa, faktiki olaraq, Ermənistana silah vermir, silah vermək imitasiyasını yaradır. Bu da Azərbaycan Prezidenti İlham Əliyevə Fransanın Ermənistanı Bakıya qarşı müharibəyə başlamaq üçün silahlandırdığını deməyə imkan verir. Üstəlik bu, Azərbaycana hərbi əməliyyatlara başlamaq üçün tam legitim əsas verə bilər. Bu baxımdan Bakı qabaqlayıcı əks-hücuma keçə bilər. Fransanın da məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaqdır. Çünki Ukrayna cəbhəsində onların hara getdiyi aydındır, gec-tez bu cəbhə NATO-nun məğlubiyyəti ilə bağlanacaq”. Hər halda, baş verənlər İrəvanın öz yanlış siyasətinin nəticələridir. Bu ölkə başqalarının diqtəsi ilə hərəkət etdiyindən sürətlə fəlakətə sürüklənir.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031