KÖHNƏ VERSİYA            

Qlobal istiləşmə okeanlarda, bütün Yer kürəsində qorxulu problemlərə yol açıb...

Image

Fəsadları getdikcə özünü daha qabarıq formada büruzə verən iqlim dəyişikliyi dünya okeanlarında da ciddi problemlərin meydana gəlməsinə səbəb olub. Indi alimlər bu məqama xüsusi diqqət olunmasını vacib hesab edirlər, çünki dünya okeanında baş verənlər bütünlükdə Yer kürəsinin gələcəyini təhlükəyə atır. 

Məsələn, son araşdırmalar göstərir ki, Atlantik okeanı isti vanna istiliyinə qədər isinib. Antarktida təkcə son iki ildə Argentinadan iki dəfə böyük ölçüdə buz parçasını itirib. Və yeni iqlim modelləri üzrə hesablamalar göstərir   ki, “Gulf Stream” cərəyanı əvvəllər düşünüldüyü kimi gələn əsrdə deyil, Avropada iqlim böhranı ilə dolu olan bu əsrin ortalarına qədər dayanacaq.

Bütün anomaliyaların iki səbəbi məlumdur: insanların yaratdığı qlobal istiləşmə və Sakit Okeanın səthinin istiləşməsi fenomeni hesab olunan “El Ninyo” fenomeni. Son araşdırmalar qlobal istiləşmənin sürətləndiyini göstərir. Bütün bunlar əvvəllər verilən proqnozları və buna görə də təbii fəlakətlərin səbəb və nəticələrini yumşaltmaq üçün elan edilmiş planların adekvatlığını şübhə altına alır. Indiki həyəcanverici durum iqlim üçün əsas olan okeanla bağlıdır, çünki o, Yer səthinin 70%-dən çoxunu əhatə edir və  son onilliklərdə qlobal istiləşmənin 90%-ni udur. Cəmi bir neçə on metr dərinlikdə Yerin bütün atmosferində olduğu qədər istilik yığılır. Okean nə qədər isti olsa, onun enerji udmaq və bütövlükdə planetdə yüksələn temperaturu tarazlaşdırmaq qabiliyyəti bir o qədər aşağı olur. NASA-nın məlumatına görə, son on ildə okeanlarda suyun temperaturu ən azı 200 il ərzində rekord göstərici olub. Daha bir məsələ Arktika və Antarktikada istiliyi əks etdirən okean buz örtüyünün azalmasıdır. Çünki bu, həm okeanın, həm də bütövlükdə planetin daha sürətli istiləşməsi deməkdir. Bu arada, Arktikada buz adi sürətlə əriməyə davam edir. İstiləşməni dayandırmaq üçün dünya ölkələri  istixana qazı emissiyalarını azaltmağa razılaşıb. Lakin onlar dərhal hərəkətə keçsələr belə, atmosferdə yığılan emissiyaların nəticələrini, minilliklər olmasa da, daha bir neçə əsr ərzində dünya hiss etdəcək. Bu, ilk növbədə, temperatur və okean səviyyəsinə, eləcə də okeanların buz örtüyü ərazisinə aiddir. Danimarka alimləri xəbərdarlıq ediblər ki, tullantılar azaldılmasa və səma indiki sürətlə tüstülənsə, o zaman iqlim apokalipsisi nəinki qaçılmazdır, həm də bu yaxınlarda, düşünüldüyündən çox tez başlayacaq.

Araşdırmalar göstərir ki, Atlantik okeanında suyun dövranı planetin bu hissəsindəki iqlimi müəyyənləşdirir, lakin qlobal iqlimdəki dəyişikliklər öz növbəsində isti səth sularının Karib dənizindən Avropa sahillərinə hərəkət sürətinə və soyuğun geri hərəkətinə təsir göstərir. Alimlər bu okean konveyerini Amoc (Atlantik meridional çevrilmə dövranı) adlandırırlar və geniş ictimaiyyət onun əsas elementinin “Gulf   Stream” cərəyanı olduğunu bilir. Bunun sayəsində Avropanın şimal-qərbində, ilk növbədə Britaniya adalarında iqlim qitədəki eyni enliklərə nisbətən daha mülayimdir. Londonda, Berlin və ya Kiyevdən fərqli olaraq, uzun sürən şaxtalar və qarlı qışlar yoxdur, qazonlar həmişə yaşıldır və tropik bitkilər özünü evdəki kimi hiss edir. Amma indi alimlər son illərdə dəfələrlə xəbərdarlıq ediblər ki, “Gulf Stream və bütövlükdə Amoc zəifləyir. 

Danimarka alimləri artıq öz modellərini sınaqdan keçiriblər və əvvəlki proqnozların natamam məlumatlara əsaslandığı qənaətinə gəliblər. Çünki cərəyanların tam ölçülməsinə yalnız 2004-cü ildə başlanılıb. İndi həmin alimlərin fikrincə, hər şey daha pisdir, Amoc dövriyyə proqnozlardan daha sürətlə zəifləyir və bu əsrdə artıq dayanacaq. Danimarkalılar 95% əmindirlər ki, çöküş 2025-2095-ci illər arasında və çox güman ki, 2050-ci illərdə baş verəcək. Onların “Nature Communications”da dərc olunan araşdırmasına görə, Atlantik cərəyanı sistemi yeni normal vəziyyətə düşəcək pik nöqtəsinə çatıb. Bu norma qitənin nə şimalında, nə də cənubunda yaşayan avropalıların xoşuna gəlməyəcək. Şimal-qərbi Avropanın iqlimi kəskin kontinental olacaq, qışı sərt və yayı quraq keçəcək. Cənubda isti və rütubətli hava kütlələri mussonlara və tropiklərdə yağıntıların intensivliyinə təsir göstərəcək. Alimlər Atlantik okeanında Amoc dövriyyəsinin yavaşlamasını qlobal istiləşmə ilə əlaqələndirir. Bu, Arktikada buzların əriməsini sürətləndirir, şirin su şimal dənizlərinin duzluluğunu azaldır, bununla da soyudulmuş yerüstü suların çökməsinin intensivliyini və onların cənuba əks yeraltı sirkulyasiyasını azaldır. Öz növbəsində, planetdə ümumi istiləşmə tropik suların Arktikada soyuması prosesini ləngidir və bununla əlaqədar olaraq küləklərin zəifləməsi isti Atlantik cərəyanlarının əks istiqamətdə sürətini azaldır. Alimlər son üç ay ərzində bu anomaliyanın bəzi əlamətlərini müşahidə ediblər. Dünya okeanları istiləşir, lakin onun müəyyən hissəsi bu prosesdə xüsusilə seçilir. Ümumdünya Meteorologiya Təşkilatının iqlim araşdırmalarının rəhbəri Maykl Sparrou bu xüsusda bildirir: “Şimali Atlantikada suyun temperaturu görünməmiş həddə artıb və böyük narahatlıq doğurur. Bu, modellərimizin təxmin etdiyindən xeyli yüksəkdir. Bu, ekosistemlərə, balıqçılıq təsərrüfatına və hava şəraitinə təsir göstərəcək. Şimali Atlantikada istilik atmosferdə qısamüddətli anomal dövriyyə və okeanda uzunmüddətli dəyişikliklərin birləşməsindən qaynaqlanır. Bunun Sakit okeanın tropik hissəsində yenicə formalaşmağa başlayan və bu ilin sonunda temperaturlara təsir edəcəyi gözlənilən “El Ninyo” ilə əlaqəli olduğu düşünülmür”. İsti okean havanın istiləşməsi nəticəsində yaranan buzların əriməsini sürətləndirir. Son illərdə Arktika planetin qalan hissəsinə nisbətən dörd dəfə daha sürətlə istiləşir və alimlər çoxdan vəd ediblər ki, 2050-ci ilə qədər ən azı bir dəfə Arktikada buzlar yayın sonuna qədər tamamilə əriyəcək.

Samirə SƏFƏROVA







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Azərbaycandan İsrailə gedən neft kəmərləri hədəfimizdədir - İrandan hədə...

Paşazadənin təklifi - Dini Liderlərin Məşvərət Şurası erməni kilsəsinə qarşı...

Beynəlxalq Məhkəmə Azərbaycanın iddiası üzrə növbəti qərarını verəcək...

SON XƏBƏRLƏR

07.11.2024 | 01:37
Harris Trampı təbrik etdi, Bayden isə onu Ağ Evə dəvət etdi

07.11.2024 | 01:12
Rusiyadan Trampın qələbəsinə reaksiya - Harris bitdi, Ukraynaya zərbə...

06.11.2024 | 22:57
Tramp 3 adamdan qisas alacaq...

06.11.2024 | 21:35
OPEC+ qərar verdi - Azərbaycan rahat ola bilər...

06.11.2024 | 21:22
Azərbaycan Avropaya qaz nəqlini, Avropa Azərbaycana qərəzini artırır...

06.11.2024 | 21:07
Paşinyan Kobaxidzenin qələbəsini dərhal təbrik etdi - ilginc suallar var...

06.11.2024 | 20:55
ABŞ Konqresi tarixində ilk transgender qadın ....

06.11.2024 | 20:52
Türk Dövlətləri Təşkilatının Bişkek bəyannaməsi qəbul edildi - sədrlik Qırğızıstana keçdi...

06.11.2024 | 20:37
Lyayen Bakıya gəlmədi və Avropanın iqlim siyasətini ifşa etdi...

06.11.2024 | 20:24
“Anasına deyirdi səni şəhid anası edəcəm” - Gizir Cahan Məmmədzadənin bacısı...

06.11.2024 | 20:10
“Azərbaycanla Ermənistanın bu sazişi yaxşı bir şeyə gətirib çıxarmaz” - Lavrov nə deyir?

06.11.2024 | 19:57
Avropa Parlamentinin tarixi antiazərbaycan qətnamələri tarixidir - 2 ildə 8 qətnamə...

06.11.2024 | 19:44
Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan edildi

06.11.2024 | 19:43
İrəvan çərçivə sazişindən imtina etdi - Bakının 11-ci paketi İrəvanda müzakirə olunur...

06.11.2024 | 19:29
Qaz lazım olanda Ursula Bakıya gəlmişdi, ancaq COP-a gəlmir...

06.11.2024 | 19:16
Tramp 2-ci dəfə qadın namizədi məğlub edərək prezident seçildi...

06.11.2024 | 19:07
Toylarda qazandığını tək ailəsinə xərcləmir ki... Manaf Ağayev barədə eşitmədiyiniz şeylər...

06.11.2024 | 18:54
Azərbaycandan İsrailə gedən neft kəmərləri hədəfimizdədir - İrandan hədə...

06.11.2024 | 18:40
Tramp gəldi - Ukrayna və Qəzza müharibələrini nələr gözləyir...

06.11.2024 | 18:36
“Şəfa cəbhəsi” filminin təqdimatı keçirilib

06.11.2024 | 18:33
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb - FOTO

06.11.2024 | 18:25
Türk Dövlətləri Təşkilatı 3-cü dünya müharibəsi təhlükəsinə qarşı real güc kimi...

06.11.2024 | 18:17
“Şuşa Zəfərimizin rəmzi, Qələbəmizin zirvəsidir” - Vüqar Rəhimzadə

06.11.2024 | 18:12
Ermənistan Rusiyanı bu danışıqlardan da çıxarmaq istəyir...

06.11.2024 | 18:05
Ərazimizin tam suverenliyi dövlətimizin strateji hədəfi olub - Əhliman ƏMİRASLANOV yazır

06.11.2024 | 17:58
İqlim fəsadlarının demoqrafik duruma təsiri Azərbaycanda illər öncə gündəmə gətirildi...

06.11.2024 | 17:50
AMEA-da yazıçı Sadıq Qarayevin kitablarının təqdimatı keçirildi

06.11.2024 | 17:45
Paşazadənin təklifi - Dini Liderlərin Məşvərət Şurası erməni kilsəsinə qarşı...

06.11.2024 | 17:42
Mətbuat Şurası və BDU COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsədlərinə dair dəyirmi masa keçirib - FOTO

06.11.2024 | 17:32
Beynəlxalq Məhkəmə Azərbaycanın iddiası üzrə növbəti qərarını verəcək...

06.11.2024 | 17:25
Zəfər yolum: Füzuli - Mirqiyas Seyidsoylu yazır

06.11.2024 | 17:19
Dinlərin mənəvi potensialı iqlim dəyişmələrinə qarşı təsirli qüvvədir - Prezidentin yeni formulu...

06.11.2024 | 17:06
ABŞ-dan göndərilmiş siyahıda hansı həkimlərimizin adları var?..

06.11.2024 | 16:57
"44 Günlük Vətən Müharibəsindən sonra daxili sabitliyin təminatında yeni model: Polisin və Daxili Qoşunların rolu" mövzusunda konfrans keçirildi - FOTO

06.11.2024 | 16:51
Bələdiyyə seçkiləri yanvarın sonunda keçiriləcək - MSK sədri açıqladı...

06.11.2024 | 16:37
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimi keçirildi - FOTO/VİDEO

06.11.2024 | 16:35
COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb

06.11.2024 | 16:25
COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində “COP29” menyusu yaradıldı

06.11.2024 | 16:11
Tramp ABŞ seçki tarixində 131 ildən sonra bir ilkə imza atdı... Klivlenddən sonra ikinci oldu

06.11.2024 | 16:03
"Azərbaycanın namizədliyini dəstəkləyən dövlətlərin bir çoxunun mediası indi ölkəmizə, COP ideyasına qarşı sistemli şəkildə anti-təbliğat aparırlar" - Natiq Məmmədli

06.11.2024 | 15:50
Baş nazir Əli Əsədov Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü

06.11.2024 | 15:40
Kobaxidze Əli Əsədova məktub göndərdi

06.11.2024 | 15:21
Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümidvar olduğunu bildirib

06.11.2024 | 15:08
Özbəkistan Türk dövlətlərinin strateji tərəfdaşlığı, əbədi dostluğu və qardaşlığı haqqında müqavilənin qəbulunu təklif etdi

06.11.2024 | 15:02
Yol Polisi Zəfər Günü tədbiri ilə əlaqədar sürücülərə müraciət etdi

06.11.2024 | 14:36
"Azərbaycan ABŞ ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir" - Prezident

06.11.2024 | 14:33
Yük maşını ilə İrandan Rusiyaya narkotik daşıyan şəxs “Biləsuvar”da yaxalandı

06.11.2024 | 14:21
Prezident İlham Əliyev Trampı təbrik etdi

06.11.2024 | 14:10
"Qırğızıstan COP29-da Azərbaycanı hərtərəfli dəstəkləməyə hazırdır" - Sadır Japarov

06.11.2024 | 13:56
TDT-nin yeni bayrağı təsdiqləndi

06.11.2024 | 13:43
Şavkat Mirziyoyev Azərbaycana COP29-un uğurlu keçirilməsini arzuladı

06.11.2024 | 13:40
Dini liderlər Azərbaycan Prezidentinə təşəkkür etdilər

06.11.2024 | 13:28
Prezident İlham Əliyev Macarıstanın Baş nazirinin təltifolunma mərasimində iştirak edib - FOTO

06.11.2024 | 13:20
Dini Liderlərin Qlobal Bakı Sammitində COP29 iştirakçılarına müraciət ünvanlandı

06.11.2024 | 13:16
ABŞ-ın 47-ci prezidenti Tramp oldu... - YENİLƏNDİ

06.11.2024 | 13:03
Армяне, добровольно покинувшие Карабах, массово уезжают из Армении. В чем причина? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

06.11.2024 | 12:50
Dünya dini liderləri tərəfindən Bakı Bəyannaməsi qəbul edildi

06.11.2024 | 12:07
"Əminəm ki, TDT-yə üzv ölkələr COP29-un işində fəal iştirak edəcəklər" - Azərbaycan Prezidenti

06.11.2024 | 12:02
"Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb" - Prezident

06.11.2024 | 12:00
Daha bir veteran cüdoçumuz dünya çempionu oldu

06.11.2024 | 11:56
"ABŞ tarixində qızıl dövr başlayır" - Donald Tramp qələbəsini elan etdi!

06.11.2024 | 11:56
Prezident Əliyev TDT Dövlət Başçıları Şurasının iclasında üzv ölkələr arasındakı hərbi əməkdaşlıqdan danışdı

06.11.2024 | 11:53
"Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək" - Prezident

06.11.2024 | 11:30
Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

06.11.2024 | 11:16
İstanbulda FETÖ əməliyyatı - 8 şəxs saxlanılıb

06.11.2024 | 11:14
Xankəndi və Füzuliyə onlayn ticarət platformalarından edilən sifarişlərin çatdırılmasına başlanılıb

06.11.2024 | 11:10
"Bakı Sammitinin COP29 ərəfəsində keçirilməsi uğur hekayəsidir"

06.11.2024 | 11:08
Ursula Lyayen Azərbaycanla bağlı qərarı Almaniya və Fransanın təzyiqi ilə qəbul etdi....

06.11.2024 | 11:05
Prezident İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

06.11.2024 | 11:05
Çempionlar Liqası: “Bavariya” “Benfika”ya, “İnter” “Arsenal”a qarşı

06.11.2024 | 11:03
Noyabrın 10-da ermənilər 300 kilsəni Azərbaycana qarşı qaldıracaqlar - CANLI

06.11.2024 | 11:00
"Son dövrlərdə teleradioların sayının artması müsbət tendensiyadır" -Prezidentin köməkçisi

06.11.2024 | 10:55
Tramp irəlidədir - SON MƏLUMAT

06.11.2024 | 10:31
Bişkekdə Prezident İlham Əliyevin Ərdoğanla görüşü olub - FOTO/YENİLƏNDİ

06.11.2024 | 10:30
"Beşiktaş" bu gün Avropa Liqasında növbəti oyununa çıxır

06.11.2024 | 10:15
Tovuzda qadını avtomobil vurub öldürüb

06.11.2024 | 10:10
Dövlət Başçıları Bişkek görüşündə hansı məsələləri müzakirə edəcəklər?

06.11.2024 | 10:05
Ceyhun Bayramov Bişkekdə COP29-a hazırlıq barədə danışıb

06.11.2024 | 10:00
Bu gün Nərimanov rayonunun bir küçəsində qaz olmayacaq - XƏBƏRDARLIQ

06.11.2024 | 09:40
Ötən gün 45 cinayətin üstü açılıb - DİN açıqladı

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930