KÖHNƏ VERSİYA            

Restoran toyunun ortasında kütləvi namaz mərasimi - daha bu qədər yox da...

Image

Azərbaycanda toy məclisi zamanı bir qrup şəxsin namaz qılması sosial şəbəkə istifadəçiləri tərəfindən xoş  qarşılanmayıb. Belə ki, dini toyda iştirak edən xeyli inanclı şəxsin namaz qılması müzakirəyə səbəb olub. Toy sahibi bu haqda açıqlamasında vəziyyətdən narazı qaldığını deyib.

Sosial şəbəkə istifadəçiləri toyda namaz qılınmasını “şou” adlandıraraq tənqid ediblər.

Tural İrfan: “Evlərinin qibləsini öyrənmirlər, düşüb ortaya şeytana uyub ibadət edənlərə daş atırlar…”

İlahiyyatçı, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, müsəlman olan hər kəs bilir ki, gündə beş vaxt namaz vacibdir: “Təxirə salmaq isə günahdır. Hətta bizim qəhrəman qazi və şəhidlərimiz düşmən gülləsi altında belə namazlarını, Allahla görüşlərini təxirə salmırdılar. Bizim camaat 70 il Sovet əsarətində dini, bir çox mental dəyərləri, tariximizi təəssüf ki, unutdu. Toyda namaz qılmaq nə vaxtdan qəbahət olub? Başqa müsəlman ölkələrə baxsınlar. Toy ancaq günah işlər etmək, çaxır içib şıllaq atmaq üçündür? Toyda savab iş görmək olmaz? Namaza 10-15 dəqiqə vaxt sərf olunur ki, bu da toyda çalınan bir mahnının apardığı vaxt qədərdir. Toy sahibi çağırdığı adamların müsəlman olduğunu, namaz qılan olduğunu bilmirdimi? Təbii ki, toya araq içəni çağırsan araq içəcək, namaz qılanı çağırsan namaz qılacaq. Toy sərbəstlik yeridir. İstəyən hətta örtülü salonda siqaret də çəkir, sərxoş olub özünü biabır edən də, yıxılan da, hətta dava salan da olur. Demək bunlar hamısı olar, ancaq təkcə namaz qılmaq olmaz? Görməmiş adamlar sosial şəbəkədə o qədər sıxma - boğma, şantaj etdilər ki, toy sahibi də yəqin bilməyib nə desin. Yoxsa adam da öz qonaqlarının ibadətinə narazılıq edərmi?

Namaz qılan qonaqlar toyun ortasında tutaq ki, axşam namazı vaxtı dəstə ilə məscidə gedib namazlarını qılıb təzədən toyamı dönməli idilər?

Buna irad tutanlar toyu ancaq qarın doldurmaq yeri hesab edənlərdir. Ancaq unutmaq lazım deyil ki, qəlbi, ruhu da təzələmək lazımdır. Daha da gözəl. Adamlar namaz qılıb, Allaha dua ediblər. Toy sahibinə, səbəbkarlara xoşbəxtlik arzu ediblər. Yox, gərək araq badələri əldə ermənilər kimi sağlıq deyərək Allaha üz tutaydılar? Çox adam Allahı yalnız içki içəndə yada salır. Əlində badə sanki dua edir. Bu, Sovet dövründən qalma, kommunist düşüncədən qalan çirkin işdir. Allahın qadağan etdiyi şeyi istifadə edərək hansı üzlə Allaha üz tutmaq olar? Heç ermənilər belə əlində araq Allaha dua etmir. Ömründə alnını səcdəyə qoymayan, kəlimeyi - şəhadətini, evinin qibləsini bilməyənlər indi namaza irad tutur.

Bu gün bizim mömin qardaş-bacılarımız hətta ən çətin anlarında belə namazı, Allahla ünsiyyəti təxirə salmırlar. Qarda, yağışda, işdə, döyüşdə, təyyarədə, avtomobildə belə ibadət edirlər. Başa düşsələr anlayarlar ki, içki içilib günah işlər görülən toy deyil, məhz ibadət və dua edilən toy xoşbəxtlər sırasına yazılır Allah dərgahında. Bu, göstəriş və reklam da deyil. Cəm halda namaz qılmaq haçandan göstəriş sayılır? Onda məscidlərdə minlərlə adam namaz qılanda bu göstərişdir? Yüzlərlə adam dininə, dədə-baba adətlərinə əməl edərək özünü müsəlman saydığı halda ermənilər kimi əlində badə günah edə bilir, ancaq bir dəstə adam namaz qılıb Allahdan toy sahibinə xeyir istəyə bilmir? Nə qədər gülünc, nə qədər cılız düşünən cahillər varmış. Niyə gedib kəlimeyi-şəhadət öyrənmirlər? Evlərinin qibləsini öyrənmirlər, düşüb ortaya şeytana uyub ibadət edənlərə daş atırlar, başa düşmək olmur”.

Ceyhun Məmmədov: “Toyda iştirak edən qonaqlar namaz qılmaq istəyirlərsə, şadlıq evinin başqa otaqlarında da ibadət edə bilərlər” 

Millət vəkili Ceyhun Məmmədov isə hesab edir ki, toyda iştirak edən qonaqlar namaz qılmaq istəyirlərsə, şadlıq evinin başqa otaqlarında da ibadət edə bilərlər: “Namazı təbliğ etmək üçün şadlıq evlərində bu formada nümayişkaranə şəkildə namaz qılmağı doğru saymıram. Hər bir müsəlman namaz qılmalıdır. Amma toyun ortasında bu formada addımın atılması insanlar tərəfindən birmənalı qarşılanmır. Həmçinin geniş müzakirəyə səbəb olur. Dindar, ibadət əhli olan qardaşlarımız bu reallığı nəzərə almalıdırlar. Əvvəlcədən danışıb, şadlıq evinin başqa boş ərazisində namaz qıla bilərlər. Bu formada nümayişkaranə şəkildə namaz qılmağa ehtiyac yoxdur”.

Cəmşid Əliyev: “Namaz təmiz yerdə qılınmalıdır, ancaq şadlıq evi namaz üçün münasib yer deyil”

Ilahiyyatçı Cəmişid Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hər bir müsəlman namaz qılmalıdır. Ancaq namaz təmiz, səliqəli yerdə qılınmalıdır: “Danılmaz faktdır ki, şadlıq evlərinin salonu namaz üçün münasib deyil. Namaz qılan şəxslər restoranın səlahiyyətli nümayəndəsindən ibadət üçün otaq rica edə bilərdilər. Əminəm ki, heç kim onlara 5-10 dəqiqəlik namaz üçün yox deməyəcəkdi. Namaz göstəriş sevmir. Ümid edirəm ki, toyda namaz qılanlar bunu göstəriş xətrinə etməyiblər”.

Günel CƏLİLOVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031