KÖHNƏ VERSİYA            

Sumqayıtda erməni cinayətlərinin ildönümü gəldi - o kəskin sual hələ də qalır...

Image

Xəyal Bəşirov: “Sumqayıt hadsiələrinə layiqli hüquqi və siyasi qiymət verilmədi”

1988-ci il fevralın 28-də baş verən Sumqayıt hadisələri SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatlardan biri kimi tarixə düşüb. 

Bu hadisənin təşkilatçıları da, onu törədənlər də erməni olub və onların hədəfi Azərbaycanla bağlı beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq, guya bizim ölkədə ermənilərə qarşı “ayrıseçkilik” olduğunu göstərmək idi. Sumqayıt hadisələrinin təşkilatçısının erməni Eduard Qriqoryan olduğu çoxdan sübut olunub. 

Məlumatlara görə, Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258 min nəfər olub və bunun təqribən 18 minini etnik ermənilər təşkil edib. Ekspertlər deyir ki, 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmayıb və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çoxkonfessiyalı xüsusiyyətini saxlamaqdadır.

Amma təəssüf ki, erməni təbliğat maşını gecə-gündüz dayanmadan işləyir və Sumqayıt hadisələrini, burada törədilən cinayətləri Azərbaycanın ayağına yazmağa çalışır. Halbuki, Sumqayıtda baş verənlər birbaşa ermənilər tərəfindən həyata keçirilib, özü də məqsədli şəkildə. Tədqiqatlara görə, bu işdə xaricdəki erməni diaspor, lobbi, millətçi təşkilatlarının da birbaşa iştirakı olub, bu cinayətə əvvəlcədən hazırlaşıblar. Hətta cinayət öncəsi ermənilər yaşayan məhələlərin damlarına xüsusi kameralar quraşdırıblar ki, baş verən cinayətləri lentə alıb dünyaya “azərbaycanlılar erməniləri qırır”, “burada etnik zəmində hadisələr baş verir” desinlər. 

Bu gün ermənilər Sumqayıt hadisələrini əllərində bayraq edib bizə qarşı təxribatlarını genişləndiriblər.

Sumqayıt hadisələrinin tam hüquqi, siyasi qiyməti verilibmi?

“Azərbaycan dövləti, Azərbaycan xalqı, bütün proseslərə olduğu kimi, Sumqayıt hadisələrinə də ən ədalətli, ən layiqli siyasi və hüquqi qiyməti verəcək” 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində “Sumqayıt hadisələrinə lazımı hüquqi və siyasi qiymətin verilməsi üçün ilk növbədə o dövrdə Azərbaycanın aid olduğu Sovetlər İttifaqının rəhbərliyində bir ədalətli yanaşma olmalı idi. Proseslərə ədalətli yanaşma olsaydı, heç bəlkə də Sumqayıt hadisələri baş verməzdi. Bilirik ki, Sumqayıt hadisələrinin səbəbkarı, onun əsas ssenari müəllifləri ermənilər idi. Onlar Azərbaycan dilini mükəmməl bilən ermənilər idilər. Sumqayıtda yaşayan ermənilər Azərbaycan dilini çox mükəmməl bilirdilər. İkinci Qarabağ müharibəsindən sonra Qarabağdan köçən ermənilərin də Azərbaycan dilini hansı səviyyədə bildiklərinin şahidi olduq. Çünki Azərbaycanda yaşayıblar və həmişə öz əsas niyyyətlərini pərdələmək üçün yaşadıqları toplumlara sevgilərini nümayiş etdirirlər. Əslində bu saxta sevgidir. Yaşadıqları ölkənin dilini öyrənirlər, o dili maksimum dərəcədə yaxşı bildiklərini göstərib həmin o toplumun maraqlarına xidmət etdikləri görüntüsünü yaratmağa səy göstəriblər. 

Sumqayıt hadisələrini törədən şəxslərin, əslində prosesin əsas ssenari müəllflərinin ermənilər olduğunu hər birimiz bilirik. Bu o zaman da məlum idi. Ondan sonra baş verən proseslər də onu göstərdi. Ümumiyyətlə, belə hadisələrin, proseslərin əsas niyyətlərini öyrənmək üçün ilk növbədə həmin o proseslərin məntiqi nəticəsinə diqqət yetirmək lazımdır. Prosesin nəticələri nə oldu? Sumqayıt hadisələri, sonra 20 yanvar hadisələri baş verdi. Elə həmin o proseslərlə paralel olaraq Azərbaycan əraziləri işğal edildi, 300 mindən artıq azərbaycanlı öz ata-baba yurdundan, indiki Ermənistandan deportasiya edildi, qovuldu. Sumqayıtdan nə qədər erməni çıxmışdı? Təbii ki, bu rəqəmdən dəfələrlə az. Əslində, o prosesin əsas məqsədi Azərbaycanın müxtəlif ərazilərində qırğınlar törətmək, əhali arasında vahimə, qorxu yaratmaq, indiki Ermənistan ərazində olan bütün azərbaycanlıları sonuncu nəfərinə qədər qovub çıxarmaq, onların bütün əmlaklarını mənimsəmək, Qarabağı və ətraf əraziləri, bir sözlə, Azərbaycanın 20 faiz ərazisini işğal etmək və bunların arxasında duran digər məkrli niyyətlər idi. Yəni bu proseslər çox təəssüf ki, onların bütün məkrli niyyətlərini həyata keçirməsinə gətirib çıxardı” - deyə bildirdi.

X.Bəşirovun sözlərinə görə, bu da ondan xəbər verir ki, Sumqyıt hadisələrinin arxasında o dövrdə Moskvada olan erməni  siyasi liderlər, Ermənistan və Azərbaycanda yüksək mövqeyə sahib olmuş ermənilər, onların əlaltıları durub. X.Bəşirov hesab edir ki, bu hadisələr bu prosesin çoxdan hazırlanmış bir proses olduğundan xəbər verir. “Necə ki, 1987-ci ildə ulu öndər Moskvadakı vəzifələrindən çıxdıqdan sonra Mixail Qorbaçovun (Qorbaçovun Azərbaycana və azərbaycanlılara qarşı xüsusi nifrəti vardı - X.B) iqtisadi məsələlər üzrə köməkçisi Aqambekyan Paris matbuatında çıxış etdi, ondan sonra sanki  Azərbaycana qarşı hücumların “xeyir-duası” verildi. Bütün bu proseslər məhz ona xidmət edirdi. Təbii ki, ssenari “böyük fiqurlar” tərəfindən yazılmışdı, böyük ustalıqla həyata keçirilirdi. Sumqayıt hadisələri də bunlardan biri oldu. Amma çox təəssüflər olsun ki, Sumqayıt hadsiələrinə layiqli hüquqi və siyasi qiymət verilmədi. Əksinə, oradakı proseslərdə heç bir günahı olmayan gənc azərbaycanlı Əhməd Əhmədov ölüm hökmünə məhkum edildi, öldürüldü. Təbii ki, bu da əslində insanları çaşdırmaq, hadisələri yanlış məcraya yönləndirmək və bu yolla da Sumqayıt hadisələrində əsas günahkar olan insanların izlərini itirmək məqsədinə xidmət edirdi. Çox təəssüflər olsun ki, buna da geniş mənada nail oldular. Azərbaycan əraziləri işğal altına düşdü, Azərbaycan vətəndaşları qırğına, soyqırıma, təcavüzə məruz qaldı. Bütün bu proseslər o ssenarini yazan müəlliflərin hədəflərinə nail olmasına səbəb oldu. Amma hər halda Azərbaycan xalqı özünün haqlı mövqeyindən, özünün mübarizəsindən dönmədi, Azərbaycan dövləti öz mübarizəsini apardı. Biz işğal mərhələsinə son qoyduq. Düşünürəm ki, Sumqayıt hadisələrinə də gec də olsa tam ədalətli hüquqi və siyasi qiymətin verilməsi üçün əlimizdən gələni edəcəyik. Azərbaycan dövləti, Azərbaycan xalqı, bütün proseslərə olduğu kimi, Sumqayıt hadisələrinə də ən ədalətli, ən layiqli siyasi və hüquqi qiyməti verəcək. 

Eyni zamanda, o ssenariyə uyğun olaraq indiki Ermənistan ərazisindən qovulmuş yüzminlərlə azərbaycanlının öz dədə-baba yurdlarına qayıtması üçün üzərimizə düşən işi həyata keçirib bu prosesin uğurla başa çatmasına nail olacağıq” - deyə X.Bəşirov əlavə etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031