Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxılıb.
Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Sonra Fikrət Məmmədov and içib. O, bu vəzifəyə namizədliyinin irəli sürdüyünə görə Prezident İlham Əliyevə təşəkkür edib.
ZÜMRÜD