Fransalı nazir: "Ermənistanı müxtəlif mənzilli raketlərlə təmin etməyə hazırıq"
Fransanın müdafiə naziri Sebastyan Lekornyu ölkəsinin Ermənistanı yaxın, orta və uzaq mənzilli raketlərlə təmin etməyə hazır olduğunu bildirib.
Trend xəbər verir ki, Lekornu bu barədə erməni həmkarı Suren Papikyanla birgə brifinqdə deyib.
Lekornu, həmçinin, Fransanın Ermənistana gecəgörmə cihazları göndərdiyini və "Bastion" zirehli maşınları göndərəcəyini qeyd edib.
Qeyd edək ki, brifinqdən əvvəl Ermənistan və Fransanın müdafiə nazirləri hərbi əməkdaşlıq barəsində sənədlər paketi imzalayıblar. Daha bir saziş Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyan adı açıqlanmayan Fransa şirkətinin nümayəndəsi tərəfindən imzalanıb.