Aydın Kərimov: "32 il ötsə də Xocalı faciəsinin qisası alınmayıb"
Məlum olduğu klimi, bu il Xocalı soyqırımının 32-ci ildönümü tamam olur. Xocalı soyqırımı erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir. Hüquqşünas Aydın Kərimov bu barədə fikirlərini açıqlayıb. A.Kərimov bildirib ki, Xocalıda dinc əhalinin qətlə yetirilməsi Ermənistanın irqi və dini dözümsüzlüyə əsaslanan genişmiqyaslı zorakılıq və ilhaq siyasətinin bir hissəsidir: “25 fevral müdhiş Xocalı faciəsinin, erməni-rus qatillərinin insanlığa qarşı törətdikləri cinayətlərin ildönümüdür. 32 il ötsə də, müharibədə böyük Zəfər qazanılsa da, torpaqlarımız zir-zibildən təmizlənsə də Xocalı faciəsinin qisası alınmayıb, cinayətkarlar cəzalanmayıb, ədalət bərpa olunmayıb. Biz sakitləşməməli, bütün dünyadan bu canilərin təqib olunmasını, cəzalanmasını tələb etməliyik. Canilər cəzalanmalıdılar!”
Mətləb Salahov