Ölkəmizdən Türkiyəyə gömrük rüsumu olmadan spirtli içki ixrac ediləcək - TBMM təsdiqlədi
Türkiyə Böyük Millət Məclisinin (TBMM) iki ölkə arasında imzalanmış yeni Preferensial Ticarət Sazişinə əsasən qəbul etdiyi qərara görə, Azərbaycan Türkiyəyə hər il 0 % gömrük dərəcəsi ilə 1,5 milyon litr şərab və fermentləşdirilmiş spirtli içki ixrac edəcək. Qərara əsasən, Azərbaycandan bir sıra məhsulların idxalı 10 il müddətinə gömrük rüsumundan azad edilib.
Artıq Türkiyə Azərbaycandan şərab, tut, heyva, dəmir-polad məmulatları və qablaşdırma materialları, Azərbaycan isə Türkiyədən mis məftil, paltaryuyan maşın, monitor, videoregistrator, avtomobil ehtiyat hissələri və alüminiumu gömrük rüsumu olmadan idxal edəcək.
Mətləb Salahov