Sakit okeanda güclü zəlzələ olub
Sakit okeanda, Çili sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri təxminən 3,3 min nəfər əhalisi olan Anqa Roa şəhərindən 896 kilometr cənubda olub. Sunami təhlükəsi elan olunmayıb.
Mətləb