Polşada Rusiya qorxusu – Rusiya Polşaya hücum edəcək...
Polşa əhalisinin yarısı Rusiyanın Ukraynaya qarşı təcavüzünün Polşaya da sirayət edəcəyinə inanır. Ukrayna mətbuatı yazır ki, Polşa şirkətlərindən biri tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən bu qənaətə gəlinib .
Respondentlərin 47 faizi Rusiyanın Polşaya hücumunun tamamilə mümkün olduğuna inanır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çoxdur. Respondentlərin 12 faizi belə bir hücumun mütləq olacağına əmindir.
Əhalinin 38 faizi isə Rusiyanın Polşaya hücum etməyəcəyinə inanır.
Sorğuya əsasən, polyakların demək olar ki, yarısı Rusiya ilə Ukrayna arasında davam edən müharibənin hər iki ölkənin məhvi ilə başa çatacağına inanır.
TAHİR