İran Xəzər dənizi vasitəsilə Rusiyaya 400 ballistik raket göndərdi – ŞOK İDDİA...
“Reuters” agentliyi İranın Rusiyaya ballistik raketlər göndərdiyinə dair məlumat yayıb. Agentlik yazır ki, Rusiya İrandan 400 ballistik raket alıb.
Uçuş məsafəsi 300-700 kilometr olan raketlərin əksəriyyətinin “Fateh 110” ailəsinə aid olduğu qeyd edilir.
İddialara görə, raketlərin çatdırılması, ötən ilin sonunda İran və rus hərbi və təhlükəsizlik rəsmiləri arasında Tehran və Moskvada keçirilən görüşlər yekunlaşdıqdan sonra yanvarın əvvəlində başlayıb.
Agentlik yazır ki, İrandan Rusiyaya artıq dörd mərhələli çatdırılma olub və yaxın həftələrdə raketlərin növbəti partiyası göndəriləcək. Raketlərin bir hissəsinin Xəzər dənizi, bir hissəsinin isə təyyarə ilə göndərildiyi iddia edilir.
Tahir TAĞIYEV