Xəbər, yoxsa qeyri ciddi "xəbərçilik" - "NUHÇIXAN" agentliyi....
Bəzi media qurumlarının, saytların hazırladıqları açıqlamalarda, işləyib xəbər məhsulu kimi təqdim etdikləri press-relizlərdə orfoqrafik səhvlər, cümlə quruşundakı qüsurlar, həttda informasiya təyinatının qeyri-düzgün seçilməsi adi hal alıb. Təəsüf ki, mətbuatda belə hallar getdikcə çoxalmaqdadır. Mətbuatdakı bu qeyri professionallıq yenə də davam edir. Bu gün "NUHÇIXAN" agentliyinin yaydığı bir məlumat diqqətimizi cəlb etdi. Xəbərdə deyilir:
“Naxçıvan şəhər Heydər Əliyev prospektində Orxan(ad şərtidir) və Gülmira(ad şərtidir) arasında şəxsi münaqişəsi zəmnində mübahisə baş verib.
Naxçıvan MR DİN Mətbuat Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcəkdir.” Bu xəbərin motivi, informasiya yükü, dəqiqlik dərəcəsi artıq göz qarşısındadır. Bu xəbərdən ölkə mediası necə istifadə edə bilər?. Bu xəbəri oxuyan oxucu verilən məlumat barədə hansı qənaətə gələ bilər?. Bir sözlə NUHÇIXAN agentliyinin belə qeyri profesional informasiya istehsalı təəsüf doğurur...
Mətləb