KÖHNƏ VERSİYA            

Quraqlıq dünya üçün ölüm təhdidinə çevrildi...

Image

Qeyri-adi yüksək temperatur və az yağıntı bu gün dünyanın bir çox ölkələri üçün ciddi problemə çevrilib. Iqlim dəyişikliyinin fəsadı olan bu problem artıq dünyanın bəzi bölgələrində quraqlıq problemini kəskinləşdirib.

Məsələn, bu hal Aralıq dənizinin bəzi ərazilərində kritik su çatışmazlığına səbəb olub. Ekspertlər xəbərdarlıq edirlər ki, tezliklə bu cür böhranlar daimi xarakter ala bilər.

Bu ayın əvvəlində İspaniyanın Kataloniya əyalətində quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edilib. Su anbarlarının səviyyəsi normanın 16%-dən az olduğu və bəzi yerlərdə üç il ərzində yağış yağmadığı üçün səlahiyyətlilər sakinlərin istifadə edə biləcəyi su miqdarına məhdudiyyətlər qoyub. İspaniya Cənubi Avropada su qıtlığından əziyyət çəkən yeganə ölkə deyil. Avropa Quraqlıq Rəsədxanasının son məlumatlarına görə, Avropa İttifaqı ərazilərinin 17%-i şiddətli quraqlıqla üzləşib. 1%-dən bir qədər çoxu iqlim təhlükəsinin zirvəsindədir. İqlim dəyişmələrini öyrənən “Kopernik” xidmətinin koordinatoru Andrea Toreti bu fonda qeyd edir: "Yanvarın sonundakı məlumatlara əsaslanan hazırkı şərtlərə baxsaq görərik ki, Aralıq dənizinin bir çox əraziləri artıq quraqlıq vəziyyətindədir". Onun sözlərinə görə, quraqlıq və istilik dalğalarının birləşməsi regionun son illərdəki ən pis təsirlərindən bəzilərinə cavabdehdir. Quraqlıq risqi olan ərazilərin ilk 1%-də yer alan Siciliyada su anbarı quruduğu üçün "fəlakət vəziyyəti" elan edib. Səlahiyyətlilər xatırladıblar ki, ardıcıl olaraq beşinci aydır ki, yağıntı daha az düşür. Ümumilikdə, İtaliya rəsmilərinin açıqlamasına əsasən, ada səkkiz ay “ümumi quraqlığa yaxın”   həddə yaşayıb, 2023-cü ilin ikinci yarısı son 100 ilin ən quraq vaxtı kimi tanınıb. Keçən həftə İtaliyanın çox hissəsinə yağış yağsa da, su ehtiyatlarını artırsa da, bu, Siciliyadakı qıtlığı həll etmək üçün kifayət etməyib. Bundan əlavə, çox quru torpaqlarda yağıntılar eroziyanı sürətləndirir, səhralaşma risqini artırır. Sardiniya da çətin vəziyyətdədir. Yanvar ayında “Kopernik” İqlim Dəyişikliyi Xidmətinin peyk şəkilləri adanın şərqini şirin su ilə təmin edən Alto Flumendoza gölündə suyun səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını göstərib. Bir sıra bölgələrdə səlahiyyətlilər hətta suvarma üçün suyun istifadəsini qadağan ediblər. Fermerlər  Sardiniyanın qalan hissəsində baş verən fövqəladə vəziyyətlə bağlı həyəcan təbili çalır.

Şimali Afrika da təkrarlanan quraqlıqdan əziyyət çəkir. Mərakeş artıq altıncı ildir ki, su təchizatında çətinliklər yaşayır. Ölkənin su ehtiyatları və kənd təsərrüfatı nazirlərinin fikrincə, 2023-cü ildə yağıntılar normadan 70% az olub. Quraqlıqla mübarizə aparan bölgələrdə sinoptiklər qarşıdakı aylarda temperaturun normadan daha isti olacağını gözləyirlər. Yağıntının miqdarı normal olsa belə, anomal istilərin Aralıq dənizində vəziyyəti daha da pisləşdirəcəyini bildirirlər.  Nəzərə alınmalı başqa bir amil qarın əriməsidir. Qışın qalan həftələri qarın yağmasına və uzanmasına imkan vermirsə, yaz əriməsi su ehtiyatlarını doldurmayacaq. “Kopernik” xidmətinin koordinatoru Andrea Toreti əmindir ki, biz “antropogen istixana qazları emissiyalarının səbəb olduğu mütərəqqi iqlim dəyişikliyini” görürük: “Əslində baş verənlər ondan ibarətdir ki, Avropa yağıntı rejimlərində dəyişikliklə üzləşir. Adətən qışda rayonların su çatışmazlığını bərpa etmək və ya tarazlaşdırmaq və yaya hazırlaşmaq şansı olur, indi isə tarazlıq pozulur”.Mütəxəssis xəbərdarlıq edir: “Proqnozlara görə,  ekstremal hadisələr daha tez-tez baş verəcək və daha da intensivləşəcək. Əgər indi hərəkətə keçməsək, təkrarlanan quraqlıqlar əsrin ortalarında yeni normala çevrilə bilər”.ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi, NASA, Yaponiya Meteorologiya Agentliyinin araşdırmaları da təsdiq edir ki, 2023-cü ilin çox hissəsində müşahidə olunan istiləşmə tendensiyası 2024-cü ildə də davam edib: yanvar müşahidələr tarixində ilin ən isti birinci ayı hesab olunub. Bu, artıq tarixdə ardıcıl olaraq ən isti səkkizinci aydır. Dəniz səthinin temperaturu on ay ərzində davamlı şəkildə rekord səviyyədə yüksək olaraq qalır. Yanvarda Yer qatına yaxın havanın orta aylıq temperaturu “sənaye dövründən əvvəlki dövr” adlandırılan 1850-1900-cü illərdəki orta yanvar göstəricisindən 1,66 dərəcə Selsi yüksək olub. Hava Hadisələrinin Öyrənilməsi Mərkəzindən  olan beynəlxalq alimlər qrupunun qənaətinə görə, iqlim dəyişikliyi  Braziliyanın Amazon regionunda rekord quraqlığın əsas səbəbidir. Onların hazırladığı hesabatda insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişmələrinin temperaturun artmasına və yağıntıların azalmasına gətirib çıxardığı deyilir. Bu vəziyyət havaya yeganə təsiri “El-Ninyo” fenomeninin göstərəcəyi hal ilə müqayisədə misli görünməmiş quraqlıq ehtimalını 30 dəfə üstələyib. Braziliya, Böyük Britaniya, Niderland və ABŞ-dan olan meteoroloqlar iqlim müşahidələrinin müasir məlumatları ilə sənayeyəqədərki dövrdə alınan məlumatları tutuşduraraq Hiva Hadisələrinin Öyrənilməsi Mərkəzinın hesabatı üzərində işləyiblər. Burada bir daha təsdiq olunub ki, 2023-cü ilin martından bəri Braziliya Amazonu misilsiz quraqlıq yaşayır və bu quraqlıq çayların dayazlaşması, meşə yanğınları və heyvanların sayının kütləvi şəkildə azalması ilə müşayiət olunur. Hələ 2020-ci ildə alimlər Amazon cəngəlliklərini quraqlığın gözlədiyini bəyan etmişdilər. Amazon meşələri ərazisinin 35 faizinin qırılmaqla məhv olacağı əsaslandırılıb. Hazırda cəngəlliklərin 20 faizinin qırıldığı məlumdur. Bu ərazi 5 milyon kvadrat kilometrə bərabərdir.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031