"Fransa ordusu erməni hərbçilərinə döyüş kursları keçəcək" - KİV
Fransa ordusunda erməni hərbçilərinə dağ şəraitində döyüş kursları keçiriləcək. Trend xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb.
Qeyd edək ki, Fransanın “Le Figaro” nəşri bu gün Fransanın Ermənistana yeni silah partiyası göndərəcəyini yazıb. Fransanın Ground Master (GM200) radarları və gecəgörmə cihazları Ermənistana gətiriləcək.
Xatırladaq ki, ötən ilin oktyabr ayında iki ölkə hərbi sahədə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. Memoranduma 3 ədəd Fransa istehsalı “Ground Master” radarının, həmçinin gecəgörmə cihazlarının alınması üçün müqavilələr əlavə edilib. Anlaşmaya əsasən, Fransa Silahlı Qüvvələri üç mərhələdə Ermənistan Silahlı Qüvvələri üçün dağ şəraitində döyüş kursları keçirəcək.