KÖHNƏ VERSİYA            

Şuşadan genlərlə gələn istedad və səs

Image


“Vətənim, soy-köküm, ailəm, sənətim, gələcək arzularım barədə danışmaq mənim üçün həmişə fəxrdir. Atam Ramil Kazımov köklü şuşalıdır. İşğaldan əvvəl heç cür inana bilməyiblər ki, tac-şəhərimizdəki son anlarıdır və həmin əsrarəngiz məkanı tərk edərək, 30 il ərzində Şuşasız yaşamaq məcburiyyətində qalacaqlar. Nənəm orada məktəb direktoru vəzifəsində çalışırdı və babamla birgə son günədək doğma yurd-yuvadan çıxmaq niyyətində olmayıblar. Özlərinin dediyinə görə, vəziyyət elə gərginləşibmiş ki, artıq qalmaq mümkün deyilmiş. Əlbəttə, bütün həyatı Şuşa ilə bağlı insanların belə uzun müddət onunla ünsiyyəti itirmələri xeyli ağır və ağrılıdır. İndi isə Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər zəminində Qarabağın tam azadlığı hər bir azərbaycanlı kimi biz də çox sevindirir. Buna görə də cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ailəmiz, bütün şuşalılar adından minnətdarlığımı bildirirəm!”

Bu sözləri gənc və istedadlı həmyerlimiz, N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının “Akademik vokal” şöbəsinin II kurs tələbəsi Teymur Kazımov deyib. Hələ 19 yaşında olmasına baxmayaraq, Azərbaycan mədəniyyətinin, musiqisinin səsini bütün dünyaya çatdıran, ölkə daxilində və xaricdə çoxsaylı nüfuzlu tədbirlərə qatılan vokalçı 27 beynəlxalq və respublika musiqi müsabiqələrinin laureatıdır. Onlardan iyirmisində birinci yeri tutub, ikisində Qran-Priyə layiq görülüb. Ötən ilin martında ABŞ-nin Florida şəhərində baş tutan Cövdət Hacıyev adına  “Florida Keys” VIII beynəlxalq onlayn musiqi müsabiqəsi (Vokal Pro nominasiyasında Qran-Pri və Heydər Əliyev mükafatı),  30 oktyabrda Sankt-Peterburqda keçirilən "Nevski solovey" Ümumrusiya uşaq vətənpərvərlik mahnı konkursu (Müslüm Maqomayevin "Baharlı yurdum - Azərbaycan" mahnısını ifasına görə 1-ci yer), 2021-ci ilin 2-14 yanvarında Türkiyədə Caspi Art Competitions «New Year’s Stars» beynəlxalq festivalı (1-ci yer), 18 fevralda Moskvada “Qara Qarayev adına açıq internet müsabiqəsi” (1-ci yer və Peşəkar mükəmməlliyə və sənətkarlığa görə Xüsusi Diplom), 26-28 martda “Yelena Obraztsova Mədəniyyət Mərkəzinin mükafatı uğrunda III Vokal və instrumental sənət müsabiqəsi” (1-ci yer), 25-30 mayda Tbilisidə Nodar Andquladze adına IV Beynəlxalq vokal müsabiqəsi (Akademik vokal üzrə 1-ci yer), 12 iyunda “Florida Keys” VI beynəlxalq onlayn musiqi müsabiqəsi (1-ci yer və Fikrət Əmirovun əsərinin ən yaxşı ifasına və xaricdə Azərbaycan musiqisini təbliğə görə xüsusi pul mükafatı), yenə də həmin ilin 10-21 avqustunda ABŞ-nin Klivlend şəhəribdə “The Stars of Summer” Vokalçıların və pianoçuların II Beynəlxalq festivalı (Qran-Pri mükafatı), 1-10 oktyabrda Londonda reallaşan “Stars of the Albion” beynəlxalq yarışması (1-ci yer və Akademik vokal nominasiyasında “Xalqın seçimi” mükafatı), 2020-ci il oktyabrında Bakıda BMA məktəb-studiyasının 40 illiyinə həsr olunmuş “Akademik, Xalq və Caz Musiqisi İfaçilarinin Birinci Beynəlxalq Müsabiqəsi” (1-ci yer), noyabrın 8-də Praqada Çexiya Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gold World and Gold Europe Festivals” çərçivəsində “Jiskra 2020 - Praha” onlayn müsabiqəsi (1-ci yer), 1-5 iyulda Gürcüstanın Borjomi şəhərində “The 1st International competition Harmonia” beynəlxalq yarışması (1-ci yer), 27 aprel-4 may 2018-ci ildə Türkiyədə keçirilən “Harmony” beynəlxalq müsabiqəsi (1-ci yer) və digər ünlü festivallar bu qəbildəndir.

Bir məqamı da vurğulayaq ki, Teymur incəsənətimizi təbliğ edən vətənpərvər sənətçi kimi yalnız müsabiqələrlə kifayətlənmir,  Azərbaycan diasporunun sərhədlərimizdən kənarda, əsasən də Rusiyada təşkil etdiyi mərasimlərə mütəmadi şəkildə qatılır. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev KİV-ə müsahibəsində ölkələrimiz arasında yeni humanitar, mədəni və təhsil layihələrindən bəhs edərkən fəal və talantlı həmyerlimizin də adını çəkir: “Belə proyektlərdə bizim ortaq mədəni irsimizə aid olan gələcək ulduzlar da diqqətdən kənarda qalmır. Belə ki, mötəbər münsiflər heyətimiz “Neva bülbülü” Ümumrusiya Vətənpərvərlik Uşaq Mahnı Müsabiqəsində iştirak edən 118 istedadlı uşaq və yeniyetmələr arasında birinci yerə məhz Müslüm Maqomayevin “Azərbaycan - baharlı yurdum” mahnısını ifa edən Bakı Musiqi Akademiyasının musiqi məktəb-studiyasının məzunu Teymur Kazımovu layiq görüb. O, hazırda Sankt-Peterburq Dövlət Konservatoriyasında təhsilini davam etdirir və ikitərəfli mədəni əlaqələrə öz layiqli töhfələrini verir”.

Kazımov Teymur Ramil oğlu 2005-ci il aprelin 15-də Bakı şəhərində doğulub. 2019-cü ildə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin “Fortepiano” ixtisası üzrə tam kursunu Fərqlənmə Diplom ilə bitirib. 2022-ci ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən “ERUDİT” tam orta təhsilı məktəbini əla qiymətlərlə başa vurub. Eyni zamanda Üzeyir Hacıbəyli adına BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasında “Akademik vokal” ixtisası üzrə təhsil alıb.

Vokal ifaçısı respublikamızda istedadlı, yaradıcı gənclərə dövlət qayğısından çox razıdır: “Keçmiş sovetlər ittifaqı dövrünü görməsəm də, oxuyub-eşidib öyrəndiklərimdən ötən əsrin 60-80-ci illərində Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına qayğısından, bəstəkarları, xanəndələri, şair və yazıçılarımızı himayəsindən xəbərdaram. Çox şadam ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də atasının – Ümummilli Liderimizin yolunun sədaqətli davamçısı, müstəqil respublikamızın yetirdiyi, yaradıcılıqları ilə xalqın xidmətində dayanan fikir, sənət adamlarının dayağıdır, ümid, inam yeridir. Mənə də göstərilən etimadı doğrultmağa, mədəniyyət nümunələrimizin dünyada tanıdılması üçün bilik və bacarığımı əsirgəməməyə çalışacağam”. 

Məktəb-studiyanın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova sevimli tələbələri haqqında danışır: 

Teymur Kazımov çox istedadlı musiqiçidir. Bakı Musiqi Akademiyası nəzdində Orta ixtisas musiqi məktəb-studiyasının parlaq məzunlarındandır. Oxuduğu illərdə özünü məsuliyyətli, səliqəli və çalışqan şagird kimi göstərib. Gözəl səsə malik olması ilə yanaşı, özünü pianoçu, bəstəkar kimi də sınayır və gözəl nəticələr təqdim edə bilir. Bunları nəzəriyyə fənlərindən ona dərs deyərkən aşkarlamışam. Görkəmli macar bəstəkarı Ferens Listi - onun da fəaliyyəti çoxşaxəlidir, bəstəkar, pianoçu, dirijor, həm də pedaqoq idi - özünə nümunə seçməsi məni çox sevindirir. Teymurun uğurları qürurvericidir. Onunla iki yaradıcı işimiz olub. İlk təqdim etdiyimiz, 44 günlük Vətən savaşımızdakı Qələbə münasibətilə Gülər Əlvanqızının sözlərinə yazdığım "Zəfər nəğməsi" əsərimin uğurlu ifasıdır.  Daha sonra məktəb-studiyanın 40 illiyinə həsr etdiyim himni özünəməxsus tərzdə ifa etdi. Teymurun nailiyyətləri bizi sevindirir, xüsusən də ixtisas fənnindən illərdir dərs deyən, onun hər müvəffəqiyyətini böyük məmnunluqla qarşılayan Ofeliya Axundovanı... Teymura daim öz üzərində işləməyi və yeni uğurlara imza atmağı diləyirəm! Hər zaman yalnız irəli!!!

Teymur Kazımov Vətənimizin bir parçası və sənət məbədi olan Qarabağımızdan səsləri havalanan, yaddaşlarda əbədi yaşayacaq Xan Şuşinskinin, Bülbülün, digər korifeylərimizin layiqli davamçısıdır. Yağı düşmənin ata-baba torpaqlarını işğalı səbəbindən “Qafqaz Konservatoriyası”nda təhsil ala bilməsə də, tale onu Qarabağ zənguləsindən, Şuşa oxusundan, səs vergisindən məhrum eləmədi... Uğurlar olsun!    


Qurban CƏBRAYIL

“Mədəniyyət” jurnalının redaktoru








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031