KÖHNƏ VERSİYA            

"Vətən adlı xəstəliyim var, Alıah şəfa verməsin"- Kamalə Abıyeva yazır....

Image

  “Vətən adlı xəstəliyim var, allah şəfa verməsin” - bu sözləri çoxlarının dilində şüara dönəndə Əli hələ məktəbliydi. Vətən xəstəsiydi Əli. Dərmanı erməni işğalında olan torpaqlarımızın azadlığıydı. Əli Rahin oğlu Seyidov 1999-cu il 11 iyulda Bakıda anadan olmuşdu. 2006-2017-ci illərdə Rixard Zorge adına 90 nömrəli məktəbdə oxumuşdu.

 Uşaqlıqdan idmanı sevir, idmanla məşğul olurdu. Müxtəlif idman yarışlarında iştirak edən Əli 15 qızıl, 6 gümüş, 3 bürünc medal qazanmışdı. Məşqçiləri, yaxın dostları ona çox güvənir, idmandan ayrılacağını guman etmirdilər. Ancaq Əli hərbiçi olmaqda qərarlıydı. Orta təhsilini başa vurub sənədlərini Hərbi Akademiyaya verir. Müəyyən səbəblərdən qəbul oluna bilməsə də fikrindən dönmür.

4.01.2018-cu ildə həqiqi hərbi xidmətə yollanır. Goranboyda Ballı Qayada xudmətə başlayır. Xidmət zamanı da müxtəlif təşəkkürnamələrə layiq görülür. Bütün tapşırıqları yerinə yetirərkən birinci olduğundan “Yırtıcı” ləqəbi ilə müddətli hərbi xidmətini başa vuran Əli ailəsinin yanına Maxe olmaq qərarı ilə qayıdır. Hamı  “Vətən adlı xəstəliyim var,allah şəfa verməsin” sözləri  həyat şüarı olan Əlinin ermənilərin işğal etdiyi torpaqlarımız azad olmayınca rahatlıq tapmayacağını bilirdi. Kimsə etiraz etmədi. 

- Bölüşərdik, məsləhətləşərdik  həmişə. Hərbiçi olmağına da etiraz etmədim. Özüm də hərbiyə maraq göstərmişəm, hərbiçi olmaq istəmişəm, arzumu reallaşdıra bilmədim. Ona görə Əlinin hərbiçi olmasına sevindim əslində. O, Hərbi Akademiyaya imtahan verdi. 2 balını azaltdılar. Əli ruhdan düşmədi, “onsuz da mən hərbiçi olacağam” dedi. Uşaqlıqda  geyimlərinə bayraq tikdirərdi. Vətənpərvər ruhda böyüyürdü Əli. “Torpaqlarımızı azad edəcəm. 22 yaşında məni hamı tanıyacaq” deyirdi. Elə də oldu. İndi onu hamı tanıyır - deyir övladlarına həm ana, həm də ata olan Lalə xanım.

Qardaşı Məhəmməd Seyidov: İdmanda uğurları çox idi. Kinq boksla, üzgüçülük və futbolla da məşğul olurdu.İştirak etdiyi bütün yarışlarda fərqlənirdi. Əli yorulmaq bilmirdi. Məşqçilərimiz idmanda qalmasını istəyirdi. İdmanı sevən, bu qədər uğurları olan biri üçün idmandan ayrılmaq çətindi əslində. Əli ayrıldı. Hərbini seçdi. Onun üçün Vətən birinci idi. Həqiqi hərbi xidmətdə olanda artıq diqqət çəkmişdi, qaçışda, qol gücündə, silahı söküb-yığmaqda birinci olurdu. Müddətdən artıq hərbi xidmətə də özü qərar verdi.  Ən böyük arzusu torpaqlarımızın azadlığı uğrunda vuruşmaq idi. 

Savaşa XTQ-in kəşfiyyatçısı kimi qatıldı. 21 düşmən postunun məhv edilməsində  cəsurluğu, qəhrəmanlığı ilə fərqləndi. “Suqovuşanın fatehi” oldu.

Döyüş yoldaşı Nicat Mirəliyevin söylədikləri: Hərbiyə gələndən seçilib Əli. Döyüşlərdə də çox igidlik göstərdi. Neçə dəfə əlbəyaxa döyüşlər oldu. Əli elə çevik, elə cəld idi ki, bircə dəfə də geri çəkilmədi, məğlub olmadı. İdmançı idi həm də. Qəhrəmanlıq simvolu olan Mübariz İbrahimovun postunda da, düşmən təxribatlarının qarşısının alınmasında da igidlik göstərib Əli”.

Vətən qazisi Sərxan Yolçuyev: Əli kimi oğullar qələbə qazandırdı bizə. Elə cəsur, elə qorxmaz idi ki, elə bilirdin güllə dəyməz ona. Amma müharibədir, hər an ölüm ola bilər. Heç kim qorxmurdu, amma şəhidlik də hamıya nəsib olmur. Torpaqlarımızın azadlığı yolunda şəhid olmaq hər birimiz üçün müqəddəs idi.  Əminəm ki, Əlinin də, bütün şəhidlərin də ruhu şaddır, çünki hər biri qələbəyə inanırdı, qalib olacağımıza əmin idi. 

İkinci Qarabağ savaşının igidi Xəzər Əliyev: Hərbi xidmətdə bir yerdə olmuşuq. Bütün təlimlərdə, tapşırıqların yerinə yetirilməsində birinci olardı. XTQ-ə keçmək elə də asan deyil. Əli ən çətin sınaqlardan da çıxdı. Əsil kəşfiyyatçı idi. Müharibədən əvvəl Ağdamda sərhəddə xidmətdə idik. İşğalda olan torpaqları hər gün görürdük. Bu çox ağır idi. Elə deyirdi ki, biz o yerlərə belə uzaqdan baxa bilmərik.Mütləq  torpaqları azad etməliyik. 

Arzusuna çatdı Əli. Torpaqların azadlığı uğruna savaşın qələbə sevincini daddı. Tərtər-Suqovuşan uğrunda döyüşlərdə əlçatmaz zirvəyə ucaldı. Əli Seyidov 10.10.2020-ci ildə Bülbülə Şəhidlər xiyabanında dəfn olunub.

“Yırtıcı “ ləqəbli “Suqovuşan fatehi” adlandırılan Əli Seyidov “Vətən uğrunda”,”Suqovuşanin azadlığına görə”, “Ağdamın azadlığı uğrunda”, “Cəsur döyüşçü”, “Fərqlənməyə görə” medallarına layiq görülüb.

Sinif rəhbəri Maqsud Mirzəyevin yaddaşında Qarabağ hadisələrinin müzakirəsi zamanı həmişə   “torpaqlarımızı müharibə yolu ilə ala bilərik” deyən Əli məsuliyyətli, çalışqan, nümunəvi şagird kimi qalıb.

Beləydi Əli: fərqli, nümunəvi, qorxmaz. Qeyri-adiliyi sevərdi. Rövşən və Məhəmmədin kiçik qardaşı, ailənin sonbeşiyi ananın dediyi kimi “ağıllı, müstəqil, qeyri-adi idi”. Anasına “Validəm, sultanım” deyər, sevib oxşayar, doğum günündə təbrik etməyi unutmazdı. Ölümündən sonra da fərqli oldu...

“Gözəl gözlü anam, cənnətim, Validə sultanım, ad günün mübarək. Bağışla ana, yanında ola bilmirəm, amma ruhum hər zaman yanındadı.. Səsini eşidib, qoxunu duyuram anam. Gözlərin ağlamasın, təbəssümün solmasın, həmişə olduğu kimi möhkəm dayan, anam.

Bilirəm, yoxluğum dözülməzdi, gözlərin hər yanda məni axtarır, inan ki, yerim gözəldi. Əziz oğlun Əli”.

May ayının 5-i Lalə xanımın doğum günüdür. 2021-ci ilin mayında da hər il onu təbrik edən oğlundan  məktub aldı. Ana çaşıb qaldı. Fırfıra kimi yerində fırlandı. Qapıya qaçdı, küçəyə çıxdı. Oğlunu harayladı. Səsi kəndin o başına getdi, gah da içinə doldu: Əliii.Əliii, hardasan?

“Şəhadətindən 7 ay sonra mayın 5-də aldım bu məktubu. Elə bildim özü də gəlib, sağdı. Dəli kimi axtardım onu. Nə baş verdiyini anlamadım. Demə, məktubu dostuna göndərib. “Şəhid olsam, bu məktubu anama çatdırarsan” deyib. Kimin ağlına gələr? Yaralandığını, xəstəxanada olduğunu, məndən gizlətdiyini düşündüm.  Nələr çəkdim bir bilsəz...Neçə gün özümə gələ bilmədim. Şəhidliyə hazır imiş oğlum. “Mübariz İbrahimov kimi qəhrəman olacağam” deyərdi. Arzusuna çatdı. Çətindi, amma oğlumla qürur duyuram.O, mənim həsrət dolu qürurumdu. Azərbaycan uğruna, vətən uğruna şəhid oldu. Əli  bütün şəhidlərdi, bütün şəhidlər də Əlidir mənim üçün”-deyir Əlinin anası Lalə xanım.

Son dəfə geyindiyi köynəyini hər gün bağrına basan ananın sözlərini unutmuram: Ağırdı. Yoxluğundan var kimi danışmaq çətindi mənə. Yoxdu. Amma həm də hər yerdədi Əli. Məğrur Ana! Məğrur analar! Əli də, Əli kimi torpaq uğruna canından keçən bütün oğullar da hər yerdədilər əslində. Təkcə ürəyimizdə deyil, bu vətənin havasında, suyunda, hər qarışında yaşayırlar və yaşayacaqlar.

Həqiqi hərbi xidmətinin andiçmə mərasimində təşəkkürnamə ilə birlikdə ona verilən bayrağı öz əlləri ilə asıb qapılarından Əli. O bayraq indi də dalğalanır igidimizin  yaşadığı evin qarşısında. Nə qədər ki, Əlilər doğulur, böyüyür, yaşayır bu yurdda Vətən bayrağı beləcə qürurla dalğalanacaq. 

Kamalə Abiyeva








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031