Azərbaycanda “OKX” və “ByBit” kriptobirjalarına giriş məhdudlaşdırıldı
Azərbaycanda “OKX” və “ByBit” kriptobirjalarına giriş məhdudlaşdırılıb. Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
"Qanunvericiliyin tələblərinə əsasən, “OKX” və “ByBit” kriptobirjalarına ölkə səviyyəsində giriş məhdudlaşdırılıb. Buna səbəb çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsindəki müvafiq tələblərin pozulmasıdır", - məlumatda deyilir.