KÖHNƏ VERSİYA            

Paşinyanı qanlı təxribatlara kim tətikləyir?

Image

Yenə Ermənistan, yenə növbəti təxribat, yenə sülhə tuşlanmış ATƏŞ!. Bəli, erməni təxribat qrupları fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində növbəti dəfə təxribat törətdilər. Düşmən tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuzun yaralanması Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri həyata keçirməsini zərurətə çevirdi. Belə ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də erməni tərəfin təxribatına cavab olaraq “Qisas” əməliyyatı keçirib. Əməliyyat nəticəsində əsgərimizə atəş açan ermənilərin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin məhv edildiyini, yaralıların olduğunu etiraf edib. DSX-nın məlumatında, həmçinin bildirilir ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və Ermənistan tərəfinin iki ölkə arasındakı şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək.

Özü də rəsmi İrəvan bu təxribatı Münxen Təhlükəsizlik Konfransından bir gün öncə reallaşdırdı. Sözsüz ki, düşünülmüş və planlı məqsəd daşıyan təxribat idi. Amma Münxen Təhlükəsizlik Konfransında Azərbaycana olan ehtiram və diqqət, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşmək üçün məhz ABŞ Dövlət Katibinin, Almaniya Kanslerinin, ATƏT Baş katibinin, bir sıra Avropa liderlərinin özlərinin təşəbbüs etmələri Ermənistanın və onun arxasındakı qüvvələrin bu dəfə də palşıqa düşən eşşək obrazına çevrildiklərini fakt kimi ortaya qoydular. Həttda Ermənistanı qızışdıranların cərgələrində yer tutan qərb liderlərinin Azərbaycanla  birbaşa təmaslara can atmaları əslində qərbdəkilərin əsas enerji tərəfdaşı kimi Azərbaycana böyük önəm verdiklərini nümayiş etdirdi. Nə qədər rəsmi İrəvanı qanlı təxribatlara çəksələr də, qüdrətli və iqtisadi gücə sahib olan Azərbaycan faktoru qarşısında qərbdəkilər də quyruq bulamaqdan başqa yol tapmırdılar...

Həm də son yarım ilə yaxın müddətdə hökm sürən nisbi sabitliyin pozulması, yenidən qan tökülməsi Ermənistanın və onun Cənubi Qafqazda sülhün əldə olunmasını istəməyən havadarlarının regionda vəziyyəti gərginləşdirmək planlarının mövcudluğunu bir daha təsdiq etmiş oldu. Baş verən hadisə həm də Ermənistan hakimiyyətinin ikili siyasət yürütdüyünü və sülh danışıqlarını pozmaq cəhdlərindən əl çəkmədiyini göstərdi.

Göründüyü kimi, Vətən müharibəsindən sonrakı dövrdə Ermənistanda gedən proseslər bu ölkənin revanşa hazırlaşdığını aydın göstərir, bu reallıq çoxsaylı ekspertlər tərəfindən də qeyd olunurdu. Hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədildiyi və vəziyyətin gərginləşməsinə çalışıldığı aydın görünür. Ermənistan Aİ missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır. Həmçinin Ermənistanın Hindistandan Fransa lisenziyası ilə istehsal olunmuş silahlar alması, Fransanın Ermənistanı silahlandırmasının regionda vəziyyətin gərginləşməsinə xidmət etdiyi Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb. Bir müddət öncə Avropa məmurlarının Ermənistana gəlməsi, Fransa generalının Ermənistana səfəri və Azərbaycanla sərhəddə peyda olması, "binokl diplomatiyası", ABŞ instruktorlarının Ermənistanda çalışması, Çexiya casusunun saxlanması və digər faktlar ekspertlər tərəfindən Ermənistanın hərbi əməliyyatlara hazırlanmsı kimi şərh edildi.

Ümumiyyətlə, Ermənistan siyasi və hərbi elitasında, habelə ictimaiyyətdə belə bir fikir var ki, Azərbaycan müharibəyə hazırlaşır. Bu paranoyanı tətikləyən əsas məqam isə Qərb mediasında ardıcıl tirajlanan dezinformasiyalardır. Qərb mediasında Azərbaycanın Ermənistana hücuma hazırlaşdığı israrla qeyd edilir. Göründüyü kimi, ABŞ və Fransa Azərbaycan və Ermənistanı yenidən müharibəyə təhrik etmək istəyirlər. Xarici qüvvələrin məqsədi həm də Zəngəzur dəhlizi məsələsini neytrallaşdırmaqdır. Türk dünyasını birləşdirən bu layihə yeni Qafqaz xəritələri hazırlayan aktorları qorxudur. Buna görə də Qərb Yaxın Şərqdə vəziyyəti gərginləşdirdiyi kimi, Cənubi Qafqazda da münaqişə ocağı yaratmağa çalışır, burada da oxşar qanlı proseslərin cərəyan etməsinə zəmin hazırlayır. Bu münaqişə ocağının Rusiya və İran sərhədlərində alovlanması gərginlik arealının miqyasının daha da genişlənməsinə gətirib çıxara bilər.

 Yuxarıda xüsusi olaraq qeyd etdiyimiz kimi, bir neçə gün bundan əvvəl son Münxen Təhlükəsizlik Konfransında qərb ölkələrinin Azərbaycana olan son dərəcə ehtiramlı münasibətləri, Azərbaycan Prezidenti İlham Əliyev ilə siyasi dialoq qurmaq üçün aşkar şəkildə can atmaları, üstəgəl Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti ilə görüşdən sonra optimist fikirlər səsləndirməsi müsbət məqamlardır. Amma unutmayaq ki, qeyri stabil siyasət yürüdən, müstəqil mövqeyi, dövlət maraqları olmayan Ermənistan kimi marionetka bir ölkə istənilən zaman qanlı təxribatlar üçün açıq bazardır. Rəsmi İrəvanı qanlı toqquşmalara tətikləyən qərb ölkələri, habelə regionda ciddi maraqları olan qüvvələr üzdə “mehriban diplomatiya” yürütsələr də, gerçək simalarını dəyişən deyillər...

Mətləb Salahov

 








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031