"Azərbaycanın mövqeyi prinsipial və ardıcıldır" - Sahibə Qafarova
Milli Məclisin (MM) sədri Sahibə Qafarova fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı bildirib ki, Azərbaycan qlobal arenada beynəlxalq hüququ və ədaləti qətiyyətlə müdafiə edir.
Onun sözlərinə görə, Fələstin məsələsində Azərbaycanın mövqeyi prinsipial və ardıcıldır: "Azərbaycan bu məsələnin beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq iki dövlət prinsipi əsasında həllini qətiyyətlə dəstəkləyir".
Mətləb Salahov