Suriyadan gətirilən vətəndaşlar reabilitasiya prosesinə cəlb olunub - Nazirlikdən açıqlama
Suriyadan Azərbaycana gətirilən daha 7 vətəndaş sosial xidmət müəssisəsinə yerləşdirilib. Bu barədə mətbuata Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Bildirilib ki, ilkin olaraq repatriasiya olunmuş hər bir şəxsin sosial-psixoloji qiymətləndirməsi həyata keçirilir. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanır, daha sonra sosial işçi və psixoloq tərəfindən sosial reabilitasiya prosesi başlayır. Sosial adaptasiya prosesinin aparılması və müəssisədə olduqları müddətdə asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar müxtəlif fəaliyyətlərə cəlb edilir.
Qeyd edək ki, fevralın 21-də Suriyada yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq, 2-si qadın olmaqla 7 Azərbaycan vətəndaşı Vətənə repatriasiya edilib.
Mətləb Salahov