Conson Ukrayna haqqında müsahibə üçün jurnalistdən 1 milyon dollar istədi – “Putin məndən milyon dollar istəmədi”
Karlson Ukraynanın Rusiya işğalına qarşı müdafiəsini “çirkli pulların yuyulması sxemi” adlandırdı
Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putindən müsahibə alan məşhur jurnalist Taker Karlson Boris Consonun Ukrayna ilə bağlı müsahibə vermək üçün ondan pul istədiyini açıqlayıb.
Aparıcı Karlson deyib ki, Ukraynanın Rusiya işğalına qarşı müdafiəsinin qatı tərəfdarı olan Böyük Britaniyanın keçmiş baş naziri Conson mövzu ilə bağlı müsahibə vermək üçün ondan 1 milyon dollar istəyir.
Karlson Rusiya prezidenti Putinlə mübahisəli müsahibəsindən sonra ilk dəfə danışıb və Rusiya rejimini dəstəklədiyini inkar edib.
Eyni zamanda, Karlson Ukraynanın Rusiya işğalına qarşı müdafiəsini “çirkli pulların yuyulması sxemi” adlandırıb və Consonu bu sxemin mənfəətpərəstlərindən biri olmaqda ittiham edib.
Karlson Britaniyanın keçmiş baş nazirindən müsahibə almaq istəyini belə izah edib: "Mən Moskvadayam, müsahibəni gözləyirəm, reportaj hazırladığımız ortaya çıxır və Boris Conson adlı şəxs tərəfindən dərhal ittiham edilirəm. O, mənə “Kremlin maşası” filan deyir... Mən də Consondan bir müsahibə verməsini istədim, çünki o, məni davamlı olaraq günahlandırır”.
Bir məsləhətçinin onunla əlaqə saxladığını deyən Karlson keçmiş baş nazir Consonun müsahibə vermək üçün bir milyon dollar istədiyini öyrənib. Conson jurnalistə Ukrayna ilə bağlı müsahibə üçün düz bir milyon ABŞ dolları, qızıl və ya bitkoin tələb edib.
"Mən indicə Vladimir Putindən müsahibə aldım. Putini müdafiə etmirəm, amma o, məndən milyon dollar istəmədi!" - Karlson Consonun pul istəyi ilə bağlı deyib.
Tahir TAĞIYEV