KÖHNƏ VERSİYA            

Dünya Fransanın casus şəbəkəsinə müharibə elan etdi...

Image

Bu günlərdə Türkiyə Milli Kəşfiyyat Təşkilatı Fransa casus şəbəkəsinə qarşı əməliyyat keçirib, üç şübhəli saxlanılıb. Onların Suriya əsilli olduqları qeyd edilib. 

Yayılan məlumata əsasən, Milli Kəşfiyyat Təşkilatının İsrail, İran və Rusiya məxfi xidmət orqanlarının fəaliyyətinə qarşı Türkiyədə həyata keçirdiyi casusluq əməliyyatlarından sonra Fransa Xarici Kəşfiyyat Xidmətinin casusları da ifşa edilib.

O da bildirlir ki, üç nəfərlik qrupa Ahmet Katie adlı şəxs rəhbərlik edirmiş. Onlar Türkiyədən xaricə getmək istəyən qaçqınlara işgəncələr verilməsi haqqında saxta infomasiyalar toplayıb Fransa kəşfiyyatına ötürürmüşlər. Vurğulanıb ki, onlar Fransa kəşfiyyatına bir ildir casusluq edirmişlər. Bütün bunlar Fransa kəşfiyyat orqanlarının növbəti fiaskosu hesab olunur. Bundan əvvəl isə Azərbaycan Fransa casus şəbəkəsinə ciddi zərbə vurmuşdu. Yeri gəlmişkən qeyd edək ki, Bakıda həbs olunan casus Martin Rayan ətrafında qalmaqal yeni detalları ilə Fransa gündəmindən düşmək bilmir. Fransa mətbuatının nüfuzlu mətbuat orqanları Martin Rayanın casusluq məqsədləri üçün istifadə edilməsini və buna görə məsuliyyət daşımalı olanları davamlı tənqid edir. Elə bu günlərdə Martin Rayanın valideynlərindən geniş məlumat almış erməniəsilli aktivist-jurnalist Leo Nikolianın müsahibəsi də bunun təsdiqidir. Fransa xarici kəşfiyyat qurumunun rəhbərinin qeyd olunan hadisələrlə əlaqədar işindən məlum kənarlaşdırılması faktı ilə yanaşı, müsahibədə Fransa xarici işlər nazirinin də istefası və istefadan əvvəl Martin Rayanla bağlı atdığı addım, diplomatik örtüklü kəşfiyyatçılar tərəfindən Martin Rayanın biznes şəbəkə fəaliyyətindən İran, Amerika və digər ölkələrə qarşı aktiv casusluq məqsədləri üçün istifadə olunduğuna ilkin eyhamlar vurulması və bir çox daha əvvəl məlum olmayan detallara toxunulub. Qeyd edək ki, son illər Martin Rayan qədər ikinci bir casus dünya mətbuatında bu qədər müzakirə predmeti olmamışdı. Leo Nikolia özü bu barədə qeyd edir: “Fransa xüsusi xidmət orqanları Martin Rayanı ziyarətə gəliblər. Onlar Fransa səfirliyinin iki diplomatı idi. Onların diplomatik pasportu var, bilməlisiniz ki, bütün səfirliklərin bir neçə əməkdaşı olur, onların bəziləri isə diplomatik pərdə altında casuslardır. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, İsrailin MOSSAD-ı, Rusiyanın FTX-si, Fransanın DGSE-si var... DGSE-dən olan bu iki nəfər onu görməyə gedir, özlərini təqdim edir və ondan onlara işləyərək məlumat verməsini tələb edirlər. Martin imtina edir: “Mənə maraqlı deyil, mənim artıq işim var". Belə olan halda bu adamlar ona cavab verirlər: “Sənin seçimin yoxdur. Tez bir zamanda bir bədbəxt hadisə baş verə bilər, atanızı və ya ananızı düşünün. İntihar edənlər də olur...” Sonra onlar əlavə edirlər: “Biz sizin biznesinizi məhv edə bilərik, çünki Fransadan gələn mallarınızı gömrükdə bloklaya bilərik və sizi Bakıda didərginə çevirə bilərik". Martin ilk dəfə imtina edir. Amma təzyiq canavarın ovunun boynunu dişləməsi kimi daimi olur. Və sonda Martin könülsüz olaraq təslim olur... Məni qəzəbləndirən odur ki, bizim hökumət heç nə etmir. Ümid edirəm ki, yeni baş nazirimiz Qabriel Attal bu istiqamətdə hərəkət edəcək. Xarici işlər naziri Ketrin Kolonna getməzdən əvvəl sadəcə olaraq Azərbaycandan bu Fransa vətəndaşının azad edilməsini xahiş etdi, baxmayaraq ki, bu adamı öz nazirliyi və səfirliyi vasitəsilə tələyə salan da o idi! Bu vəziyyətə görə məsuliyyəti Fransa dövləti daşıyır. Fransa vətəndaşını qorxutduq, ailəsinə təzyiq etdik. Evlənmək üzrə idi və özünü burada tapmışdı. Mən onun dostları və vəkili ilə əlaqə saxlayıram. Bu, çox aktuallaşan bir məsələdir. Bütün KİV-lər bu haqda danışmağa başlayır və ümid edirəm ki, biz bununla daha çox maraqlanacağıq. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AFP-yə açıqlama verərək reaksiyasını bildirib. Bu, həqiqətən də incə məsələdir. O, nəyisə etməyə məcbur edilib, başına faktiki silah dayamışlar. O, bunu öz əqidəsi ilə etməyib”

Beləliklə, bütün bunlar Fransanın çirkin oyunlarının təzahürləridir. Azərbaycan və Türkiyə fransız casus şəbəkəsinə ciddi zərbə vurmağı bacarıb. Burada qeyd edək ki, Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində ərazilərini Ermənistanın işğalından azad etməsi ilə Fransanın ölkəmizə  və  Türkiyəyə qarşı siyasətinə yeni bir "çalar" əlavə etdi. Təbii ki, bu məsələdə Fransadakı güclü erməni lobbisinin də təsiri var. Emmanuel Makronun hazırda Azərbaycan-Türkiyə əlaqələrinə qarşı yürütdüyü siyasət Fransanın xarici siyasətində düşünülmüş bir türkofobiya strategiyası olaraq dəyərləndirilməlidir. Xarici siyasətində türk dünyasına qarşı düşmənçilik münasibəti nümayiş etdirən ölkələr arasında ilk sırada indi Fransa qərarlaşıb. Xüsusilə son dövrlərdə islamofob siyasət yürüdən Fransanın xarici siyasətində türkofobiya da açıq şəkildə görünməkdədir. Əgər əvvəlki illərdə Fransanın türk dünyası əleyhinə fərqli strategiyalar həyata keçirən hökumətləri bunu daha çox "diplomatik" çərçivədə nümayiş etdirirdilərsə, Makronun dövründə bu xətt diplomatiyadan uzaq və açıq düşmənçilik yanaşması kimi dəyərləndirilməkdədir. Bu fonda o da məlumdur ki, Rəsmi Paris Azərbaycanın dəfələrlə etdiyi çağırışlara məhəl qoymayaraq, Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırmağa, bu ölkəyə hərbi dəstək verməyə və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əngəlləməyə çalışır. Məqsədinə nail olmaq üçün casus şəbəkəsindən yararlanır. Amma bu istiqamətdə də iflasa uğrayır.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031