KÖHNƏ VERSİYA            

Şagird qızların belə davranışı ilk növbədə ailə problemidir...

Image

Əvvəl sosial şəbəkələrdə, sonra mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülər ciddi müzakirələrə səbəb olub. Yayılan qeyri-etik görüntülərdən sonra müzakirə mövzusuna çevrilən məsələlərdən biri də bu məsələdə daha çox kimin: məktəbin, yoxsa valideynin günahkar olmasıdır.

Mövzuya münasibıt bildirən psixoloq-pedaqoq Zeynəb Əyyubova yeniyetməlik dövründə uşaqlarda müəyyən dəyişikliklərin baş verdiyini bildirib: 

“Yeniyetməlik dövrü 12 yaşdan başlayaraq, 18 yaşa qədər davam edir. Bu yaşlarda uşaqda hormonal, fiziki dəyişikliklər olur və bunu gözlə müşahidə edə bilirik. Uşaqda bu yaşlarda dəyişim o qədər sıx gedir ki, sinir sistemində də dəyişikliklər qaçılmaz olur. Şiddət mövzusunda bir psixoloq kimi həyəcan təbili çalıram: Uşağınız hətta ibtidai sinifdə belə hansısa uşağa bullinq edəndə, psixoloji, fiziki zorakılıq göstərəndə “əşşi, uşaqdır, keçər” deməyin! Bu gün Azərbaycanın bəlası budur, valideynlər öz uşaqları kimisə vuranda səssiz qalır, amma həmin uşağı kimsə vursa, dərhal ayağa qalxır. Əgər övladınız başqa uşağı vuranda, psixoloji şiddət göstərəndə susursunuzsa, həmin şiddəti özünüz etmiş olursunuz. Təəssüflər olsun ki, biz lap kiçik yaşlarından uşağa bir cümlə öyrədirik: Səni vurdularsa, vur, səni yıxdılarsa, yıx. Bu düşüncə ilə böyüyən uşaq böyüyəndə də şiddətə meylli olur”. 

Göründüyü kimi, yaranmış vəziyyətdı daha çox valideynin məsuliyyətinin olduğu qeyd olunur. Dəfələrlə demişik ki, valideynlər şiddətə susmamalıdır. Bu gün məktəblərin ən böyük bəlası odur ki, bu tip məsələlər ört-basdır olunur. Valideynlər sakitləşdirilir və evə yollanılır. Beləcə xırda-xırda yığılan aqressiyalar bir gün bu cür vəhşiləşmiş şagird görməyimizə səbəb olur. Burada iş təkcə məktəbin, şagirdin yaxud valideynin üzərinə düşmür. Bu tip neqativ halların baş verməməsi üçün valideyn - həm ata, həm ana, həm məktəb, həm də uşaq birgə yol getməlidir.

Elə valideynlər var ki, övladları ilə çox ciddi məşğul ola bilir

Yaşadığımız dövr və cəmiyyətdə valideyn məsuliyyətindən, həmçinin ailədə valideyn-uşaq münasibətlərinin düzgün qurulmamasından yaranan və bu diqqətsizlik və məsuliyyətsizlik səbəbindən uşaq hüquqlarının pozulmasına gətirib çıxaran bir sıra hallara rast gəlinir. Uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində valideynin rolu önəmlidir. Beynəlxalq təcrübədə valideyn məsuliyyəti kimi ən mühüm vəzifələr sırasına uşağın tərbiyə, təhsil, sağlamlıq və müalicəsi daxildir.

Jurnalistlərə açıqlamasında məktəbin direktoru Gülər İsmayılova deyib ki, hadisə yanvarın 17-də baş verib: "Fevralın 14-də video barədə məlumat əldə edilən kimi şagird və valideyni məktəbə dəvət edilib, psixoloq müşayiəti ilə onlarla söhbət aparılır. Videoda olan 2 qızdan yalnız 1-i bizim məktəbin 11-ci sinif şagirdidir. Videonu çəkən və zorakılığa məruz qalan qız isə məktəbin şagirdi deyil. İzahat zamanı məktəbli bildirib ki, onunla zarafat edib və hərəkətindən peşmandır".

Elə valideynlər var ki, övladları ilə çox ciddi məşğul ola bilirlər, amma elə valideynlər də var ki, buna imkanı yoxdur. Buna görə də övladlarının təhsil və tərbiyəsinə vaxt ayıra bilmirlər. Bu savadla bağlı deyil, vaxt məhdudiyyəti ilə bağlıdır. Onlar çalışırlar və evə gec gəlirlər. Bunun da nəticəsində bəzi fəsadlar üzə çıxır.

Hər bir valideyn övladının tərbiyəsinə görə məsuliyyət daşımalıdır 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, hər bir qanun pozuntusu dövlət qanunları ilə tənzimlənir: “Valideynlərin cəzalandırılması kimi addımlar kiminsə arzu-istəyi ilə həyata keçmir və keçməməlidir. Burada mütləq qanun öz sözünü deməlidir. Məsələnin səbəbini ciddi öyrənməliyik. Bundan sonra müvafiq addımlarımızı ata, qərar qəbul edə bilərik. Əlbəttə, daha dərin yanaşsaq, ehtiyac varsa, qanunvericiliyə də dəyişiklik etməli, belə hallara görə valideynləri də cəzalandırmalıyıq. Çünki övlad bu cür addım atırsa, valideyn də məsuliyyət daşıyır, o, üzərinə düşən işi layiqincə yerinə yetirməlidir. Təəssüf ki, valideyn bunu etmədikdə belə mənfi nəticələri görürük. Prosesin təhlili göstərir ki, belə hallar getdikcə daha da artır. Daha ciddi tədbirlər görməliyik. Əks halda, bu kimi hadisələri çox yaşayacağıq. Ümumiyyətlə, hər bir valideyn övladının tərbiyəsinə görə məsuliyyət daşımalıdır. Övladına normal tərbiyə verməyən valideynlər mütləq cəzalandırılmalı, onlarla bağlı cəza tədbirləri görülməlidir”.

Uşaqlar ailənin güzgüsüdür. Ailədə nə görürlərsə, onu da tətbiq edirlər. Bəzən deyirlər ki, ailədə zorakılıq görməyib, bəs niyə zorakılıq edir? Ola bilər, fiziki zorakılıq görməyib, amma sözlə, baxışla, psixoloji olaraq təzyiq altında yaşayıb. Bu hadisələrdə ən böyük məsuliyyət və günah valideynlərin üzərinə düşür. Məktəbdəki şagirdlər valideynlərin əsəridir, onların verdiyi tərbiyəni nümayiş etdirir. Bir sözlə, şagird ailənin məktəbdəki inikasıdır. Biz uşağımıza tərbiyə verməsək, heç bir məktəb, heç bir müəllim onu düzəldə bilməz. Sağlam gələcək psixi və fiziki cəhətdən sağlam uşaqlar deməkdir. 

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031