KÖHNƏ VERSİYA            

Qardaşı mərhum professor Şamil Vəliyev haqda müsahibə verdi... - MÜSAHİBƏ

Image

Mustafa Vəliyev: “Ondan yaxşı qardaş yox idi”

Fevralın 22-si çağdaş elm və jurnalistika tarixində öz imzası, izi, yeri olan BDU-nun jurnalistika fakültəsinin keçmiş dekanı, professor, mərhum  Şamil Vəliyevin  doğum günüdür. 

“İndi o boşluğu doldura bilmirəm, gözüm hər yerdə onu axtarır”

 Yaşasaydı, 64 yaşını qeyd edəcəkdi. Yanvarın 18-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən Şamil Vəliyevi qardaşı Mustafa Vəliyevlə xatırlayırıq...

- Şamil müəllim alim idi, jurnalist idi, ictimai xadim idi, ziyalı idi, bunlar öz yerində. Bəs qardaş kimi necə qardaş idi? O sizin üçün kim idi? 

- Ondan yaxşı qardaş yox idi. Bizim üçün böyük qardaş olmaqla bərabər, həm də bütün nəslin ağsaqqalı idi. Ailəmizdə böyük oğul olduğu üçün həmişə ona böyük kimi baxmışıq. 

- Şamil müəllim elm aləmində çox tez parladı. Bu ona nələr hesabına başa gəldi? Bunlara necə nail oldu?

- O, cavanlıqdan özünü elmə həsr edib. 29 yaşında filologiya elmləri namizədi olub, 42 yaşında da doktorluq işini müdfiə edib. O, müsahibələrindən birində özü haqda daha dəqiq danışıb. Məqsədinə nail olmaq üçün əziyyətlərdən keçdiyini dilə gətirib: “ Əziyyət çəkməkdən çəkinməmişəm. İnsana cəfa verən məşğuliyyəti xoşlayırdım. Şahmat oynamağı sevirdim. Yüngül əyləncəli oyunları sevmirdim. Düşündürən, vaxt aparan işlərə meylli idim. Uşaqlıqdan birinci olmağı, seçilməyi qarşıma məqsəd qoymuşam. Orta məktəb illərində yaxşı oxuyurdum. 7-8-ci sinifdən komsomol təşkilat katibi olmuşam. Hansısa işi görürdümsə, fərqlənməyə çalışmışam. Hətta doktorluq dissertasiyası yazanda belə heç kimin işləmədiyi mövzunu götürmüşdüm. Sovet dövründə qadağan olunan mövzuda doktorluq yazmışam. Mənim işimi nəinki yaşıdlarım, məndən böyüklər də təqdir etdi. Yavaş-yavaş atamın uşaqlıqda mənə öyrətdiklərinə əməl edərkən uğur qazandığımı görürdüm və bu, mənə özündənrazı olmaq hissi bağışlayırdı. Hətta yoldaşlarım, dostlarım dəfələrlə mənə deyirdilər ki, özündən çox razısan. Həmişə birinci olmaq istədiyimə görə elə təsir bağışlayırdım”. Hesab edirəm ki, bu cümlələr onun məqsədinə yetişmək üçün keçdiyi yolu aydın şəkildə təsvir edir.

- Şamil müəllim elmi yaradıcılığa, tədqiqata o qədər aludə olmuşdu ki, bəlkə də özünü unutmuşdu. Siz necə düşünürsünüz?

- Bəli, elmə dəhşət aludə idi. Fikrimcə, özünü də, gözünü də elmə qurban etdi. 

- Yəqin, oxucularımızın əksəriyyətinin xəbəri olmaz ki, Şamil müəllim uzun illər yataq xəstəsi oldu və onun cəfasını siz, sizin həyat yoldaşınız çəkdi. Bir qardaş kimi böyük alimin qayğısını çəkdiniz. Siz onun ən ağır günlərində yanında oldunuz...Bu borc idi, yoxsa bir qardaş məhəbbəti?

- Mən bunu həmişə bir mənəvi borc kimi qəbul edirəm. Uşaqlıqdan bir-birimizə çox bağlı olmuşuq, onun qolları üstündə yatırdım. Böyük qardaş kimi həmişə onu özümə örnək bilmişəm. Mən uşaq olanda o mənim qulluğumda durmuşdu, hər işimə kömək edirdi. Ailədə beş uşaq idik - iki bacı, üç qardaş. O məndən dörd yaş böyükdü. Böyük qardaş kimi həmişə yanımda olub, başımı sığallayıb, qayğıma qalıb, qulluğumda durub, məni qəbul imtahanına gətirib. Qardaş olmağımızdan əlavə həm də dost idik, o bütün sirrini, sözünü mənə deyərdi. Ümumiyyətlə, elə adam idi ki, hər kəsin sözünü qəbul etməzdi, özündən kiçik olmağıma baxmayaraq ondan nə isə xahiş etsəm sözümü yerə salmırdı, qəbul edirdi. 

- Dediniz ki, sizə çox dəstək olurdu, söhbət maddi, yoxsa mənəvi dəstəkdən gedir?

- Maddi cəhətdən onun elə də güclü imkanı yox idi, söhbət mənəvi dəstəkdən gedir. Yaxşı söhbətləri, yaxşı məsləhətləri, tövsiyələri vardı. Çox uzaqgörən adam idi. Onun məsləhətlərindən faydalanmaq mümkün idi.

-  O xaraktercə qapalı adam idi. Hər halda kənardan belə görsənirdi. Əslində necə idi? 

- O uşaqlıqdan xaraktercə qapalı idi. Çox adamı özünə yaxın buraxmazdı, nə də özü çoxları ilə yaxınlıq etməzdi. Həmişə məsafə saxlamağı bacarırdı. Onun içində təkəbbür yox, qürur vardı. O uşaqlıqdan qürurlu idi. 

- Əslində, bəlkə də tənha adam idi...

- Bəli. 

- Sizin iki övladınız Şamil müəllimin yolunu davam etdirir, qızlarınız jurnalistdirlər. Onların jurnalistika peşəsini seçməsinə onun münasibəti necə oldu?

- Eşidəndə çox sevindi, sevindi ki, bu sahədə davamçıları gəlir. Amma bir balaca da tərəddüd etdi ki, bunlar özlərini doğrulda biləcəklərmi? Amma çox sevinirdi... 

- 8 il ona baxmısınız. Hara getsəydiniz mütləq evə tələsirdiniz. Sizin evdə onun yeri, nəfəsi vardı. Bu gün onu evdə axtarırsızmı?

- (Kövrəlir) Hər gün işdən evə gələndə birinci onun otağına keçirdim, hal-əhval tuturdum, ondan sonra əynimi dəyişib, əl-üzümü yuyurdum, birgə çörək yeyirdik. İndi o boşluğu doldura bilmirəm, gözüm hər yerdə onu axtarır. Hər axşam evə qaçırdım ki, məni gözləyir. Çünki mən gəlməmiş o nə çörək yeyirdi, nə də dinclik tapırdı... Bu hissləri ifadə etmək çətindir. 

- Şamil müəllimin dostları da vardı. Sağlığında onu axtarırdılarmı?

- Allah onun əsl dostlarına can sağlığı versin. Amma “dost” dediyi, yaxşılıq etdiyi müəyyən adamlar vardı ki, axır vaxtlar onu unutdular. Vaxt vardı onun telefonu susmurdu, zəng zəngin üstündən gəlirdi, hərə bir iş üçün ağız açırdı, o da bacardığı qədər kömək edirdi, edə bilməyəndə də açıq şəkildə “bu mümkün deyil” deyirdi. İndi onun telefon nömrəsini mən işlədirəm...Yeri gəlmişkən, bir neçə gün əvvəl nömrəsinə zəng gəlmişdi, əsgərlik dostu zəng etmişdi, telefonu götürdüm, salamlaşdıq, soruşdu ki, danışan Şamil deyil yəqin, mənə Şamil lazımdır. Dedim indən belə çətin Şamil müəllimi eşidərsiniz. Ona rəhmətə getdiyini dedim, telefonun o başında dondu, sağollaşıb telefonu qapatdı. Amma elm aləmində dost dediyi adamlardan professor Asif Rüstəmlidən başqa onun haqqında yazı yazan olmadı. Allah onun canını sağ eləsin. Onlar Asif müəllimlə Akademiyada bir yerdə işləmişdilər, dostluqları vardı. Xəstə vaxtlarında da Asif müəllim onunla əlaqə saxlayırdı. İş yoldaşları da əvvəllər zəng edirdi, amma axır vaxtlarda zəngləri kəsildi. 

-  Doğulduğu Körpülü kəndinin adını da özünə təxəllüs götürmüşdü. Uzun illər Azərbaycan televiziyasında və radiosunda Şamil Körpülü imzası ilə proqramlar aparırdı. Kəndinizin adını yaşadırdı... 

- Bəli, Şamil də Körpülü təxəllüsünü götürmüşdü. Ümumiyyətlə, bizim kənddən çıxanların əksəriyyəti Körpülü təxəllüsü götürmüşdü. “Füyuzat ədəbi məktəbi” kitabını da Körpülü (Şamil Körpülü-Vəliyev) imzası ilə çap etdirmişdi. Şamilin bir-iki bayatısı da vardı. Bayatılarını sinə daşına da yazdırmışam.

Körpülü bir ocaqdı,

Gülü qucaq-qucaqdı.

Hər yadıma düşəndə

Qəlbim sızlayacaqdı.

 

Bir yanı Babakərdi,

Eşq verib, can çəkərdi.

Fələyin üzü dönsün

Dərd əkib, qəm becərdi...

- Demək Şamil müəllim şeir də yazırdı...

- Bəli, onun bədii yaradıcılığı da vardı. Bir neçə şeirinə mahnılar da bəstələnib. Şeirilərini Şamil Körpülü imzası ilə yazırdı. Sağlıq olsun, ömrüm çatsa onun çap olunmamış şeirlərini, əsərlərini yığıb çap etdirəcəyəm. Deyim ki, onun seçilmiş əsərlərini də nəşr etdirəcəyəm. Sağlığında seçilmiş əsərlərinin iki cildi çap olunmuşdu. Bir dənə də məqalələr toplusu çap olunub. “Azərbaycanşünas alim Nizaməddin Şəmsizadə” kitabı da çap olunub.  

- Çap olunmamız əlyazmaları çoxdur?

- Bəli. İnanın ki, hələ də özümə gələ bilməmişəm, sanki yuxudayam, ayılmamışam. Onun əlyazmalarını bir yerə yığacağam. Sağlığında özünün arzusu idi ki, seçilmiş əsərləri çap olunsun.  Hardasa 6 cildə sığışacaq materialları var, ömür vəfa etsə hamısını çap etdirəcəyəm.  

- Heç kəndə getmək istəyirdimi?

- Körpülüdən ötrü burnunun ucu göynəyirdi. Deyirdi ki, kaş kəndimiz qayıdaydı, gedəydik. O, kəndi, torpağı, vətəni sevən adam idi. Qayıtmaq, geri getmək arzusunda idi... 

İradə SARIYEVA








VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

SON XƏBƏRLƏR

18.01.2025 | 22:34
Hökümə Əliyevanın atasının kartından pul oğurlayan şəxs həbs edildi - FOTO

18.01.2025 | 21:20
Kiyevlə London arasında “100 illik tərəfdaşlıq” sazişi... İngiltərə Ukraynada hərbi baza yerləşdirəcək – Kreml narahatdır...

18.01.2025 | 20:09
Rusiya Ukraynanın Kurskda ələ keçirdiyi torpaqların 60 faizini geri aldı - Ukrayna qoşunları mühasirədə...

18.01.2025 | 18:19
Qədim adı Bərəkət olan, göllər şəhəri adını alan İsparta...

18.01.2025 | 18:15
ABŞ-ı dünyada hörmətdən salan Bayden və Blinken (2 BB) oldu...

18.01.2025 | 16:37
Rusiyada Azərbaycana qarşı media kampaniyalarını "FSB" idarə edir...

18.01.2025 | 16:21
Gürcüstan seçkilərinin regionda sakitliklə nə əlaqəsi? - İlham Əliyev cavabladı...

18.01.2025 | 16:14
Vəkillərlə aqrar sektorun əməkdaşlığı başladı - kimə nə fayda?

18.01.2025 | 15:55
Hökumə Əliyevanın ailəsinin pulu necə oğurlanıb? - Bank detalları açıqladı...

18.01.2025 | 15:31
Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edənlər tapıldı, pul geri qaytarıldı...

18.01.2025 | 15:03
"Suriyaya müxtəlif istiqamətlərdə yardımlar təklif edirik" - Ceyhun Bayramov

18.01.2025 | 14:51
"Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq" - Hakan Fidan

18.01.2025 | 14:45
Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi açıqlandı - 20 milyard...

18.01.2025 | 14:40
XİN: "Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək"

18.01.2025 | 14:27
Hakan Fidan: "Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək"

18.01.2025 | 13:53
"Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir" - Ceyhun Bayramov

18.01.2025 | 13:48
Azərbaycan-Türkiyə-Özbəkistan XİN rəhbərlərinin görüşü olacaq...

18.01.2025 | 13:47
"Azərbaycan Qəzzada atəşkəs və girovlara dair razılaşmanın icrasını gözləyir" - Nazir

18.01.2025 | 12:43
Nobel Komitəsinə açıq məktub - Qorbaçovun mükafatdan məhrum edilməsi barədə tarixi qərara imza atın...

18.01.2025 | 12:30
Ceyhun Bayramov və Hakan Fidan regional və qlobal vəziyyəti müzakirə ediblər - FOTO

18.01.2025 | 12:00
Hakan Fidan Ermənistanla sülh müqaviləsinin bağlanmasınin tezləşdirilməsi üçün Bakıya gəlib

18.01.2025 | 11:50
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul etdi

18.01.2025 | 11:31
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - RƏSMİ

18.01.2025 | 11:30
Makron Livana "lağım atdı"...

18.01.2025 | 11:23
Hökumə Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlandı

18.01.2025 | 11:14
Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq - külli miqdarda pulları oğurlandı

18.01.2025 | 10:32
Bu aktyor "Kuruluş Osman"dan ayrılır

18.01.2025 | 10:28
24 yaşı var, həftədə 1 milyon funt sterlinq qazanacaq...

18.01.2025 | 10:16
Saatlıda narkotika satanlar saxlanılıb

18.01.2025 | 10:00
Rusiyadan Kiyevə raket hücumu - azı 4 nəfər həlak olub

18.01.2025 | 09:30
"Kommunizmin şərindən qorxmayan Azərbaycan xalqı azadlığa can atdı" - amerikalı konqresmenlər

18.01.2025 | 09:27
Qəbiristanlıqlar bələdiyyələrə pulsuz verildi, bələdiyyələr isə qəbir yerlərini satır...

18.01.2025 | 09:00
Daha 42 ailə Cəbrayıla yola salınıb

18.01.2025 | 08:43
Mənzillərin qiyməti artır, sökülmüş evlərə görə kompensasiyalar artmır...

17.01.2025 | 23:35
Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəməri çəkiləcək...

17.01.2025 | 23:03
Kobaxidze Əliyevə "bizə də nümunəsiniz" dedi... niyə ?

17.01.2025 | 22:36
Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı - FOTO

17.01.2025 | 21:28
Bakının bu bələdiyyələri “kupçasız” əmlaklardan da vergi tələb edir...

17.01.2025 | 21:12
Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

17.01.2025 | 20:59
ABŞ-la strateji sənəd imzalayan ölkələr - heç kim ərazi bütövlüyünü bərpa edə bilmədi...

17.01.2025 | 20:44
Rusiyada Azərbaycana qarşı qərəzli media kampaniyası - strateji müttəfiqliyə sarsıdıcı zərbə...

17.01.2025 | 20:41
Trampın komandası Rusiya əleyhinə "Geniş miqyaslı strateji sanksiyalar paketi" hazırlayır...(?)

17.01.2025 | 20:29
Bir azdan Ermənistan sərhədlərini Amerika mütəxəssisləri qoruyacaq...

17.01.2025 | 20:18
Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalandı

17.01.2025 | 20:15
Paşinyan İlham Əliyevin 2 mühüm şərtini yerinə yetirir - birini tezliklə, digərini yayda...

17.01.2025 | 20:07
Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük

17.01.2025 | 20:01
Məxfi ABŞ-Azərbaycan danışıqları açıldı - Azərbaycana qarşı işləyən qurum bağlandı...

17.01.2025 | 19:48
Avropa xofda - Tramp Qrenlandiyanı hərblə tuta bilər...

17.01.2025 | 19:34
Masazır bələdiyyəsinin fəaliyyəti bunlardan ibarət imiş...

17.01.2025 | 19:20
Sabiq prezident Olland hakimiyyətə qayıdır, Makron gedir, Yeni Xalq Cəbhəsi yarandı...

17.01.2025 | 19:07
Dövlətçilik tariximizdə suverenlik anlayışı - hüquqi və praktik tərəflər...

17.01.2025 | 18:52
Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

17.01.2025 | 18:38
Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

17.01.2025 | 18:24
Kommunikasiyalar üzrə danışıqlarda uğursuzluq Qərbin Ermənistana təsirləri ilə bağlıdır?

17.01.2025 | 18:24
“Yalquzaq” tamaşaçılara təqdim olundu

17.01.2025 | 18:10
Ermənistan sərhəd məsələsində loyaldır, sazişi isə sabotaj edir - ziddiyyətin səbəbləri...

17.01.2025 | 17:56
10 ildən yaşlı avtomobillərin idxalı qadağandır - praktikada nələr görürük?

17.01.2025 | 17:43
ABŞ-la birgə USAID də Azərbaycandan getdi - Baydenin növbəti uğursuzluğu...

17.01.2025 | 17:29
Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar

17.01.2025 | 17:25
Ermənistandakı Aİ missiyasına Azərbaycanla bağlı kəskin sual qoyuldu...

17.01.2025 | 17:20
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub

17.01.2025 | 17:12
DİM qəbul imtahanlarını rəqəmsallaşdırır - kimlər nə gözləyir?

17.01.2025 | 16:55
Gürcüstanın Baş naziri Prezident İlham Əliyev haqqında - Siz fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz

17.01.2025 | 16:51
Almaniyadan Rusiyaya çağırış - Suriyadakı bazaları bağlayın, qoşunları ölkədən çıxarın...

17.01.2025 | 16:49
"Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır" - Prezident

17.01.2025 | 16:45
Prezident: "Azərbaycanla Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır"

17.01.2025 | 16:42
"Azərbaycanla Gürcüstanın siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər" - Prezident İlham Əliyev

17.01.2025 | 16:25
Los-Ancelesdə yanğın bölgəsindəki sakinlər silahlanmağa başladı – hökumət qarətçilərin qarşısını ala bilmir...

17.01.2025 | 16:12
Şəhid mayor Kamran Fərəcovun doğum günündə məzarı ziyarət olundu - FOTO

17.01.2025 | 16:07
Sərxoş halda maşın sürən şəxs həbs edildi

17.01.2025 | 15:55
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə başsağlığı verdi

17.01.2025 | 15:46
Putinlə Paşinyan telefon danışığında nəyi müzakirə ediblər...

17.01.2025 | 15:34
Ombudsman 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

17.01.2025 | 15:12
Hakan Fidan Bakıya gəlir

17.01.2025 | 15:08
BMU-da 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

17.01.2025 | 14:47
Sumqayıt polisi əməliyyat keçirdi - Kamil Məmmədov 20 kq narkotiklə tutuldu - VİDEO

17.01.2025 | 14:25
Gürcüstanın Bakıdakı səfirliyinin yeni binası üçün ayrılmış əraziyə baxış keçirildi

17.01.2025 | 14:23
Prezident İlham Əliyev və Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

17.01.2025 | 14:17
Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirildi - FOTO

17.01.2025 | 14:14
Gürcüstan Cənubi Qafqaz ölkələrinin iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edib

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031