KÖHNƏ VERSİYA            

2 gündə 24 görüş, 10 görüşə isə imkan çatmadı - Qarabağ məsələsi ilə nə əlaqəsi?

Image

Sahil İsgəndərov: “...Azərbaycan Qarabağ problemini təkbaşına həll etdikdən sonra artıq regiona maraq artıb”

Məlum olduğu kimi, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev iki gündə 24 görüş keçirib. Buraya dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, özəl sektorun nümayəndələri ilə görüşlər daxildir.

Rəsmi xəbərlərə görə, bütün bu görüşlərin hamısı qarşı tərəflərin müraciətlərinə əsasən baş tutub.

Münhendə Əliyev iki gündə 24 görüş keçirib və daha 10 görüş üçün qarşı tərəflərdən müraciət olsa da, fiziki imkanlar cəhətdən onları həyata keçirmək mümkün olmayıb.

İlham Əliyevin iki gün ərzində bu qədər görüş keçirməsi, təbii ki, təsadüfi deyil. Burada əsas rollardan birini Azərbaycanın artan nüfuzu, Prezidentin seçkilərdə qazandığı uğur, xalq tərəfindən dəstəklənməsi və Qarabağ münaqişəsinin uğurla həlli oynayır. 

“Bir çox ölkələr konkret olaraq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iqtisadi çərçivədə əməkdaşlığa can atırlar” 

Məsələyə şərh verən politoloq Sahil İsgəndərov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan Prezidentinin Münhendə keçirdiyi görüşlərin sayının çox olması  birmənalı şəkildə həm onun bir strateji düşüncəyə malik siyasi lider olması, həm də Azərbaycanın artıq qlobal miqyasda söz sahibinə çevrilməsi ilə bağlıdır. “Azərbaycan istənilən halda, hətta Qarabağ münaqişəsinin həllindən əvvəl bütün parametrlər üzrə regionun lider dövləti olub. Sadəcə həmin münaqişənin tam həll olunmaması, donmuş vəziyyətdə qalması Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarını bərpa etməməsi bu və digər şəkildə həmin liderliyə müəyyən mənada başqa çalar verirdi. İndi bu məsələlər tam həll olunduqdan, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, Ali Baş Komandanlığı  altında qazanılan  bu qələbədən sonra xalqın ona göstərdiyi etimad kontekstində bu nüfuz, bu iradə, bu strateji düşüncə daha yeni bir keyfiyyət müstəvisinə qalxır ki, bu da şübhəsiz, digər dövlətlərin, bir sıra transmilli şirkətlərin, təşkilatların rəhbərlərini biganə qalmağa qoymur. İkinci bir tərəfdən, sözsüz ki, regionda müəyyən mənada sabitliyə, təhlükəsizliyə və iqtisadi əməkdaşlığa mane olmaq istəyən bu və ya digər qüvvələr var. Amma bu o demək deyil, bu qüvvələr istəmir burda məsələlər öz həllini tapsın, yəni bu əməkdaşlıq olsun. Sadəcə olaraq, bir növ onların protektoratlığı altında, onların burada nüfuzunun güclənməsi kontekstində əməkdaşlığın olmasına can atırlar. Amma Azərbaycan hamıya göstərdi ki, Cənubi Qafqaz regionunda  protektoratlıqdan heç bir söhbət gedə bilməz. Yəni region dövlətləri hamısı özləri öz aralarında bu məsələləri həll edib, problemi aradan qaldırıb, əməkdaşlığa rəvac verə bilər. Bir çox dövlətlər və transmilli şirkətlər isə istənilən protektoratlığı kənara qoyaraq   bölgədə yaranmış sabitlik,  kövrək sülh kontekstində  əməkdaşlıq baxımından maraqlıdırlar. Ona görə də Münhendə Azərbaycan Prezidenti ilə birbaşa görüşənlərin və görüşməyə can atanların sayı çox idi. Azərbaycan həmişə nə təklif edir? Qarşılıqlı səmərəlilik əsasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq təklif edir. Baxın, bu gün də məhz Azərbaycan Qarabağ problemini təkbaşına həll etdikdən sonra artıq regiona maraq artıb. Bilirik ki, 3+3 formatı var. Konkret olaraq onun Azərbaycan, Türkiyə və Rusiya kimi memarı var. Onlar bəyan etdilər ki, bu format, bu qapı hamı üçün açıqdır, kim əməkdaşlıq etmək istəyirsə buyursun”.

S.İsgəndərovun fikrincə, artıq bu və digər şəkildə Ermənistana canıyananlıq göstərən İranın özü də bu formatda fəallaşıb, yəni bizim Naxçıvana çıxışın birinin İran tərəfindən salınması da İranın bir növ bu formatı qəbul etməsindən irəli gəlir. “Düşünürəm ki, Qarabağ probleminin həlli bu kontekstdə Azərbaycan Prezidenti ilə görüşmək istəyənlərin və görüşənlərin siyahısını genişlənirir. Hesab edirəm ki, Azərbaycan Prezidenti ilə görüşə bilməyən o on şəxs, yəqin Azərbaycana gələcək, onlar dəvət ediləcək, yaxud da hansısa platformalarda, konfranslar çərçivəsində görüşə nail olacaqlar. Bu isə onu göstərir ki, Azərbaycanla  əməkdaşlığa can atanların sayı çoxdur və bu say artır. Əlbəttə, burada Azərbaycanın siyasi liderinin, rəhbərinin strateji düşüncəyə malik bir fiqur olması əsas önəmli məqamlardan biridir. Ona görə də, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşlərin keçirilməsi bu baxımdan da əhəmiyyətlidir ki, burada böyük dövlətlərin baş nazirlərinin, prezidentlərin, liderlərin təmsilçilərinin bu və digər şəkildə görüşləri orada keçirilib, orada dünyada ümumi müasir təhdidlərin qarşısının alınması məsələsi də müzakirə olunub, fikir mübadiləsi aparılıb. Bu müzakirələr həm panellər, iclaslar çərçivəsində, həm də Azərbaycan Prezidentinin keçirdiyi görüşlər çərçivəsində keçirilib. Düşünürəm ki, bir çox baxımdan bu görüşlərin əhəmiyyəti böyükdür və Azərbaycan da artıq Cənubi Qafqazda yeni bir geosiyasi reallıq yaradıb. Bu yeni geosiyasi reallığın da kökündə ilk növbədə məhz 30 il bundan əvvəl Ermənistan və onun havadarları tərəfindən zorla sırınmış Qarabağ probleminin həlli məsələsi dayanır, bu da birmənalı şəkildə öz həllini tapıb. Sözsüz ki, Azərbaycana, Azərbaycanla əməkdaşlığa maraqlar intensivləşəcək, getdikcə daha da artacaq və genişlənəcək. İkinci bir tərəfdən də, nəzərdən qaçırmayaq ki, bir çox ölkələr konkret olaraq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iqtisadi çərçivədə əməkdaşlığa can atır. Şübhəsiz, bu əməkdaşlıq böyüdükcə, bu qarşılıqlı faydalı iqtisadi  əməkdaşlıq böyüdükcə regionda sülhün və sabitliyin də təminatı güclənəcək”-deyə S. İsgəndərov qeyd etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Media savadlı olmaq üçün nə etməliyik?

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031