Kamil Zeynallı azadlığa buraxılıb - vəkil açıqladı
Kamil Zeynallı azadlığa buraxılıb. Bu barədə onun vəkili Ələkbər Qarayev məlumat verib. O bildirib ki, Ermənistan Kamil Zeynallını ağır maddələrlə axtarışa vermişdi. “Buna baxmayaraq, Rusiya dövləti humanistlik nümayiş etdirib. Azərbaycan dövlətinin köməyi və təkidi ilə Kamil Zeynallı bu gün Azərbaycana qayıdacaq”, - deyə o bildirib.
Vəkil göstərilən dəstəyə görə Azərbaycanın Rusiyadakı səfirliyinə, şəxsən səfir Polad Bülbüloğluna təşəkkürünü bildirib.
Mətləb Salahov