Ağdamın Gülablı kəndindən olan həmyerlimiz Türkiyədə bələdiyyə namizədi oldu...
1973-cü ildə Azərbaycanın Ağdam rayonunun Gülablı kəndində anadan olmuşam. İbtidai təhsilimi Gülablı kəndində başa vurdum. Daha sonra təhsilimi Bakıda A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyada davam etdirdim. 1991-ci ildə 50 tələbədən biri olaraq İstanbul Universitetinə təhsil almağa yollandım. Həmin universitetin tarix fakültəsini bitirdim. 1992-ci ilin fevral ayında Azərbaycana gəldim. Kənddən bizimkilər ən son o zaman çıxdılar. Gülablı işğal edildi. Kəlbəcər işğal olunandan sonra 1993-cü il aprel ayının 6-da Bakıya gəldim. Sonra Türkiyəyə gedib 1995-ci ildən orada qaldım”.
Zülfiyyə Akdağ 2012-ci ildən Azərbaycan Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Türkiyə təmsilçisi olduğunu vurğulayıb:
“Uzun illər müəllim olaraq fəaliyyət göstərdim. 50 universitetdə əsir düşmüş qadınlarla bağlı konfrans verdim. 2019-cu ildə İstanbulda erməni kilsəsinin qarşısında təkbaşına pankart açaraq onlara etirazımı bildirdim. Fransız, ingilis və erməni dilində pankart təqdim etdim”. Z.Akdağ kitabı haqqında məlumat verib: “Gözlərim yol çəkər, Qarabağ” kitabında sovet dövründəki və ondan sonrakı Qarabağı təsvir etmişəm. Ziya Şahin “Karabağda Savaşan Kadınlar” kitabında məndən bəhs edib. Kitab ABŞ-də ingilis dilinə tərcümə olunur. Günəş təxəllüsümü Azərbaycanın simvolu olaraq götürmüşəm. Günəş qədim Azərbaycanın simvoludur. Günəşi Azərbaycanla yenidən bir araya gətirmək istədim”.
“31 mart 2024-cü ildə Türkiyədə keçiriləcək bələdiyyə seçkisində Məmləkət partiyasından İstanbulun 240 min əhalisi olan Silivri rayonunun bələdiyyə sədrliyinə namizədliyimi irəli sürdüm. Silivri bölgəsində 25 ildir yaşayıram. Müxtəlif məktəblərində dərs demişəm. Xalqı tanıyıram. Məmləkət partiyası məni namizəd olaraq irəli sürdü. Əgər seçilərəmsə, Ağdam ilə Silivrini qardaşlaşmış rayon olaraq görmək istəyirəm. Çünki Ağdamda da 240 min soydaşımız yerləşdiriləcək”, - deyə Z.Akdağ əlavə edib.