Qatil ölkə görün Kamil Zeynallını nədə ittiham edir...
Ermənistanın Daxili İşlər Nazirliyi Kamil Zeynallının beynəlxalq axtarışa verildiyini təsdiqləyib.
Trend-in xəbərinə görə, bu barədə nazirliyin mətbuat xidməti "Sputnik Armenia"ya məlumat verib.
Bildirilib ki, Kamil Zeynallı 2-ci Qarabağ müharibəsində guya erməni qocanın başını kəsərək onu qətlə yetirib.
Qeyd edək ki, Kamil Zeynallı Moskvada saxlanılması barədə “Instagram” hesabında məlumat verib. K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını bildirib. O qeyd edib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini söyləyib.