Arif Quliyevin həyat yoldaşı qara ciyər sirrozundan əziyyət çəkir
Əməkdar artist Kubra Əliyeva mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşının səhhətindən danışıb. Bir televiziya proqramına telefonla qatılan K.Əliyeva, mərhum xalq artistinin həyat yoldaşının qara ciyər sirrozundan əziyyət çəkdiyini dilə gətirib "Gülzar çoxdan xəstədir. O, Arif Quliyevdən əvvəl vəfat etməli idi. Eşitdim ki, evlərini də satıblar. O vaxt Arif danışırdı, xanımı pis idi. Arif Quliyev həmişə kasıblara yardım edirdi. Özü yetim böyüyüb deyə, hamıya kömək edirdi. Gülzar qara ciyər sirrozundan əziyyət çəkirdi. İndi iflic olub, yerindən də qalxa bilmir".
Mətləb Salahov