Ukrayna bu məsələ üçün qərbdəki tərəfdaşlarından 1,5 milyard dollar istədi
Ukrayna müdafiə nazirinin müavini Yekaterina Çernoqorenko bəyan edib ki, rəsmi Kiyev qərb ölkələrindən öz ərazisində pilotsuz uçuş aparatlarının (PUA) istehsalına 1,5 milyard dollar sərmayə qoymağı xahiş edib. Nazir müavini bu barədə Ukraynadakı Qərb səfirliklərinin hərbi attaşeləri ilə görüşdə bildirib.
"Biz Ukraynada PUA istehsalına 1,5 milyard dollar cəlb etmək imkanını axtarırıq. Tərəfdaşları pilotsuz təyyarələrin ən effektiv tədqiqi və inkişafına sərmayə qoymağa çağırırıq", - nazir müavini bildirib.
Mətləb Salahov