"Bu yarışda nəticə qazanmağı qarşıma hədəf qoymuşdum" - 3 qızıl medal qazanan idmançımız
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında üç qızıl medal qazanan Dadaş Dadaşbəyli jurnalistlərə açıqlama verib. İdmançımız bildirib ki, “yarışdan əvvəl olan hazırlıq çətin keçdi, çünki dizimdə zədə var idi".
O, Avropa çempionatında qazandığı üç qızıl medala görə xoşbəxt olduğunu bildirib: "Əvvəlcədən bu yarışda nəticə qazanmağı qarşıma hədəf qoymuşdum. Azərbaycan himnini səsləndirdiyimə görə çox xoşbəxtəm".
Mətləb Salahov