Bu həftə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq - ABŞ rəsmən açıqladı
Vaşinqton fevralın 23-də Rusiyaya qarşı yeni sanksiyalar paketini elan etməyi planlaşdırır. Bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə kommunikasiyalar üzrə müşaviri Con Kirbi bildirib. Onun sözlərinə görə, yeni paket Navalnının ölümü ilə əlaqədar baş verənlərə reaksiyadır. Fevralın 19-da ABŞ Prezidenti Co Bayden deyib ki, Vaşinqton Navalnının ölümü ilə bağlı əlavə sanksiyalar tətbiq etməyi düşünür.
Mətləb Salahov