2023-də hərbi helikopterlə Rusiyadan Ukraynaya qaçan rus pilot İspaniyada öldürüldü
2023-cü ilin avqustunda Ukrayna-Rusiya müharibəsi zamanı Ukraynaya sığınan rus qırıcı pilotu Maksim Kuzminov İspaniyada öldürülüb.
Pilot Kuzminov 2023-cü ilin avqustunda tərəf dəyişərək istifadə etdiyi “Mi-8” tipli helikopterlə Ukraynaya qaçıb. Ukrayna Hərbi Kəşfiyyat Mərkəzi ilə razılaşaraq Ukraynaya qaçan rus pilotun görüntüləri həmin vaxt paylaşılıb. Kadrlarda Kuzminov hərbi cinayətkar olmaqdan imtina etdiyi üçün Ukraynaya qaçdığını bildirib və digər rus pilotlarını da onun yolu ilə getməyə çağırıb.
İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin jandarm mənbələrinə istinadən, Kuzminovun fevralın 13-də İspaniyanın Alikante şəhərində bir evin qarajının girişində silahlı hücum nəticəsində öldürüldüyünü bildirib.
Ukraynanın “Kiyev Post” qəzeti də Ukrayna Hərbi Kəşfiyyat Mərkəzinə istinadən Kuzminovun öldürüldüyünü yazıb. Xəbərdə Ukrayna Hərbi Kəşfiyyat Mərkəzinin mənbələrinin Kuzminovun Ukraynada qalmaqdansa İspaniyada yaşamağa üstünlük verdiyini iddia etdiyi bildirilib.
Pilotun ğlümünə münasibət bildirən Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkin isə onu “satqın və cinayətkar” adlandırıb: "Bu xain və cinayətkar şəxs öz çirkin və dəhşətli cinayət əməlini planlaşdıranda da mənəvi cəhətdən cəsəd oldu".
Kremlin sözçüsü Peskov da jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putinin Kuzminovun qətlindən xəbəri olmadığını deyib və “Bu məsələ bizim gündəmimizdə deyil” deyib.
Tahir TAĞIYEV