KÖHNƏ VERSİYA            

Paris Bakıya qarşı oyunlara görə ağır bədəl ödədi - arada Almaniya uddu...

Image

Anti-Azərbaycan siyasəti yürüdən Fransa Cənubi Qafqazda getdikcə təcrid durumuna düşməkdədir. Bunu şərtləndirən başlıca səbəb isə Azərbaycanın mövqeyidir. Məhz Azərbaycan Fransanı Bakı və İrəvan arasında münasibətlərin tənzimlənməsi prosesindən kənarda qoyub.

Məsələnin bu tərəfinə nəzər salan Rusiyanın “Kommersant” qəzeti yazır ki, Azərbaycan Qərb platformasında Fransanın Almaniya ilə əvəzlənməsinə nail oldu. Bu xüsusda qəzet daha sonra yazır: “Müsbət xəbərlərin kəskin çatışmazlığını yaşayan dünya diplomatiyasının iflic vəziyyətində keçirilən 60-cı Münhen Təhlükəsizlik Konfransının iştirakçıları ən azı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması  perspektivlərini qiymətləndirməkdə ehtiyatlı nikbinliyə ümid edə bilərlər. Forumun ev sahibi kimi Almaniya kansleri Olaf Şolz Azərbaycan prezidenti İlham Əliyevlə Münhen Konfransında iştirak edən Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi təşəbbüsü ilə çıxış edib. Əvvəlcə Almaniya, Azərbaycan və Ermənistan üçtərəfli formatda danışıb, bundan sonra Olaf Şolz təkbətək danışıqlar aparmaq üçün İlham Əliyev və Nikol Paşinyanı tərk edib. Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında ünsiyyətin ilkin olaraq planlaşdırılmamasına və Almaniya kanslerinin əvvəllər Qərbin vasitəçilik missiyasında fəal iştirak etməməsinə baxmayaraq, Olaf Şolzun improvizasiyası çoxları üçün gözlənilməz oldu, amma nəticə əldə edildi. İlham Əliyev və Nikol Paşinyan arasında iki ölkə arasında sərhəddə vəziyyətin gərginləşməsindən qısa müddət sonra baş tutan bu ilin ilk görüşünün ardından tərəflər Cənubi Qafqazda sülh prosesinin yenidən başlaması barədə razılığa gəliblər. Keçən il iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən son görüşlərlər daha sonra  dayandı, ardınca bu format tamamilə dağılma təhlükəsi ilə üzləşdi. Indi isə Şolz Qərb platformasını Aılmaniyanın vasitəçiliyi ilə bərpa edir. 

Münhendə tərəflər sülh müqaviləsi üzrə danışıqların bərpası və münasibətlərin normallaşdırılması tədbirləri ilə bağlı məsələləri müzakirə edib. Xarici işlər nazirliklərinə yaxın vaxtlarda sülh müqaviləsi ilə bağlı iclasın və sərhədin delimitasiyası komissiyasının iclasının keçirilməsi tapşırılıb. Olaf Şolz Bakıda və İrəvanda verdiyi qiymətləndirmələri yekunlaşdıraraq, vasitəçiliyi ilə əldə olunan nəticələrdən məmnunluğunu ifadə edib. Almaniya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib: “Üçtərəfli danışıqlar zamanı federal kansler iki ölkə arasında sülh danışıqlarını tez bir zamanda yekunlaşdırmağa çağırıb. Kansler, həmçinin, mövcud fikir ayrılıqlarının və həll olunmamış məsələlərin müstəsna olaraq sülh yolu ilə və güc tətbiq edilmədən həllinə dair hər iki tərəfin ifadə etdiyi razılığıı müsbət qiymətləndirib”. Bəyanatda deyilir ki, Berlinin səyləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Cənubi Qafqazın münaqişələrinin sülh yolu ilə həlli missiyasının davam etdirilməsinə töhfə verməlidir. İlham Əliyevlə Nikol Paşinyan arasında Münhen görüşünə ilk reaksiya verənlərdən biri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza olub. “İlham Əliyevlə Nikol Paşinyanın Münhendə sülh danışıqlarının davam etdirilməsi ilə bağlı razılığa gəlməsini çox müsbət hal hesab edirəm. Güman edirəm ki, növbəti görüşdə iki ölkə liderlərinə sülh müqaviləsi və sərhədlərin delimitasiyası üzrə danışıqlarda irəliləyişə nail olmaqda köməklik göstərmiş təcrübəsi olan Şarl Mişel vasitəçilik edəcək”, - deyə cənab Brayza bildirib. Xatırladaq ki, ötən ilin iyulunda Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan  liderlərinin yeni görüşü Qranadada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində beştərəfli formatda baş tutmalı idi. Gözlənildiyi kimi, onun iştirakçılarına iki ölkənin liderlərindən başqa Şarl Mişel, Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron da daxil olmalı idi. Lakin son anda görüş baş tutmadı - prezident Əliyev Qərb tərəfdaşlarının Bakının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Qranadaya dəvət etmək təklifini dəstəkləmədiyini əsas gətirərək Qranadaya uçmaqdan imtina etdi.  Bundan başqa, Bakının ötən il sentyabrın 20-də tanınmamış “Dağlıq Qarabağ Respublikasında” həyata keçirdiyi və onun sürətlə dağıdılmasına səbəb olan bir günlük hərbi əməliyyatından sonra Azərbaycanın hərəkətləri ATƏT-in Minsk qrupunun iki keçmiş həmsədri tərəfindən kəskin tənqid edilib. - Fransa və ABŞ. Bu mövqe Vaşinqton və Parisin münaqişə tərəfləri arasında vasitəçi rolunu oynamaq cəhdlərinin faktiki olaraq iflasına və Azərbaycanın Qərblə münasibətlərində ciddi böhrana səbəb oldu. İlham Əliyevlə Nikol Paşinyan arasında Münhen danışıqları ərəfəsində Bakının Avropa İttifaqı ilə münasibətlərindəki problemlər Ermənistan-Azərbaycan münasibətlərindəki son gərginliyi şərh edən Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin bəyanatı ilə xatırladılıb. Bütün bunların fonunda kansler Şolzun səyləri ilə Berlinin gözlənilmədən Paris və Vaşinqton kimi Bakıda düşmənçilik yaratmayan başqa bir Qərb vasitəçisi roluna yüksəldilməsi sülh müqaviləsi bağlamaq ideyasını canlandıra bilər. İlham Əliyevlə Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransında görüşündən əvvəl danışıqların dalana dirənməsinin səbəblərindən biri də hər iki tərəfə uyğun platformanın olmaması idi. Ötən ilin sonunda Bakı Qərb vasitəçilərinə marağını itirməyə başladı və Moskvanın vasitəçiliyi ilə uzunmüddətli sülhün bağlanması imkanlarını nəzərdən keçirməyə hazır olduqlarını bəyan etdi, lakin Rusiya vasitəçiliyi İrəvana uyğun gəlmədi. İndi isə Münhen görüşündən sonra belə bir perspektiv yaranır ki, Qərbin Cənubi Qafqazda sülhməramlı missiyasına  ikinci nəfəs verilə bilər”. Erməni politoloq Benyamin Matevosyan isə bunlar fonunda bildirir: “Azərbaycan Qərb platformasında danışıqlara o halda razılaşacaq ki, gözləntilərinin tam şəkildə reallaşacağına əmin olacaq. Bu, Qarabağla baş verdi - yəni Qarabağı tam əldə etmək üçün Qərb platformasında danışıqlar lazım idi”. Matevosyan qeyd edib ki, Münhen görüşünü Ermənistan tərəfi üçün məğlubiyyət hesab etmək olar, çünki ilkin olaraq erməni tərəfinin mövqeyi belə idi ki, Qərb platformasında danışıqlarda hansısa ölkə təmsil olunmalıdırsa, o, Fransa olmalıdır: “Əslində, burada da Paşinyan güzəştə getdi və Makronu Şolts əvəz etdi”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031