KÖHNƏ VERSİYA            

Qərbin "indulgensiyaları" Ermənistan hökumətini məhv etdi...

Image

Ermənistanın baş naziri Nikol Paşinyanın Münhendə səsləndirdiyi bir sıra fikirlər yenidən Moskva və İrəvan arasında gərginliyə səbəb olub. Paşinyan qeyd edir ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında 1991-ci il Almatı Bəyannaməsi Ukraynadakı vəziyyətə də şamil edilməlidir:

“Biz Almatı Bəyannaməsinə hörmət edirik, lakin bu, təkcə bizi əhatə etmir. Onlar özləri təşəbbüskar olublar, belə ki, bu, Rusiya, Ukrayna və Belarusun Sovet İttifaqının artıq mövcud olmadığına qərar verdiyi Belovejski razılaşmasından başlayır, müstəqilliyi və bir-birinin sərhədlərini tanıyıblar. Biz ondan çıxış edirik ki, Almatı Bəyannaməsi bizim müstəqilliyimizin və ərazi bütövlüyümüzün tanınması üçün əsasdır və eyni şeyi Ukraynaya da tətbiq etmək lazımdır. Bu sənəd bizim hamımız üçün vacibdir və onun məhv edilməsi sistemin dağılmasına gətirib çıxara bilər”. 

Nikol Paşinyan onu da qeyd edib ki, Ermənistan Ukrayna məsələsində Rusiyanı dəstəkləmir. O, Ukrayna xalqını mehriban adlandırıb və İrəvanın vəziyyətə təsir edə bilməməsindən təəssüfləndiyini bildirib: “Mən çoxdan deyirəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu da bizim səmimi mövqeyimizdir. Bu vəziyyətə təsir edə bilməməyimiz bizi çox ağrıdır. Ukrayna xalqı bizim üçün dost xalqdır”. Ermənistanın baş naziri bundan əvvəl də demişdi ki, İrəvan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bir neçə gün əvvəl “The Telegraph” qəzetinə verdiyi müsahibədə o, Ermənistanın Rusiya Federasiyası ilə təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina etmədiyini, eyni zamanda digər ölkələrlə də əlaqələri inkişaf etdirəcəyini bildirib. Kremlin bütün bunlara cavabı özünü çox gözlətməyib. Belə ki, Kremlin mətbuat katibi Dmitri Peskov Paşinyana belə cavab verib: “Moskva və İrəvanın Ukrayna ilə bağlı mövqeyi tamamilə fərqlidir, Rusiya haqlı olduğunu israrla izah etməyə davam edəcək. Həqiqətən də Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral şəkildə əks mövqelərimiz var. Bu sirr deyil. Biz bu məsələdə onlarla razılaşmırıq və haqlı olduğumuzu israrla izah etməyə davam edəcəyik”. Erməni politoloq Suren Surenyants qeyd edir ki, Ermənistanın baş nazirinin Ukrayna mövzusu ilə bağlı qalmaqallı açıqlamaları Qərbin müəyyən təzyiqindən və ölkənin strateji kursunun dəyişməsindən xəbər verir. Surenyantsın sözlərinə görə, Ermənistan keçmişdə iki dost ölkə arasında münaqişə vəziyyətində həmişə neytrallığını qoruyub saxlaya bilib: “2008-ci il Rusiya-Gürcüstan müharibəsini xatırlamaq olar, burada ümumilikdə İrəvan həm Moskva, həm də Tiflislə yaxşı münasibətlər saxlaya bilmişdi. Ermənistan son vaxtlara qədər ya Ukrayna ilə problem yarada, ya da Rusiya ilə münasibətləri korlaya biləcək açıqlamalar verməkdən çəkinirdi. Amma son altı ayda bu siyasətə yenidən baxıldı, hakimiyyət kifayət qədər təhlükəli yola qədəm qoydu və onların hərəkətləri macəraya bənzəyir. Əvvəlcə baş nazirin həyat yoldaşı Anna Akopyanın Ukraynaya, xüsusən də Buçaya səfəri oldu, daha sonra Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ukrayna məsələsi ilə bağlı bir neçə uğursuz çıxışı oldu. Və Münhendə Paşinyan rasionalizmin bütün sərhədlərini keçərək sübut etdi ki, onun vəzifəsi həqiqətən ölkənin strateji oriyentasiyasını dəyişməkdir”.

Ekspert baş nazirin açıqlamasını əsassız və düşünülməmiş hesab edir: “Hətta Ukraynadakı hərbi əməliyyatların gedişi də göstərir ki, təşəbbüs tamamilə Rusiyanın əlinə keçib. Ən azı praqmatik baxımdan bu bəyanat kifayət qədər təhlükəlidir. Hətta Qərb nəşrləri Ukrayna cəbhəsinin mümkün süqutundan yazır və belə bir vəziyyətdə birmənalı olaraq ukraynayönlü mövqe tutmağın nə üçün lazım olduğu aydın deyil. Rusiya özü isə heç vaxt KTMT müttəfiqlərini Ukrayna münaqişəsində onun tərəfini tutmağa məcbur etməyib. Moskva öz tərəfdaşlarının neytrallığından kifayət qədər razıdır. Amma Paşinyan açıqlaması ilə bu neytrallığı pozdu. Baş nazir öz nöqteyi-nəzərini onunla izah edib ki, Ukraynada böyük tarixi birlik var, onlara münasibət həmişə isti olub. Lakin o unudur ki, dünyada ən böyük erməni icması Rusiyada yaşayır. İndi müttəfiqin yanaşmalarına kökündən zidd mövqe bildirmək və sonra bu müttəfiqlə münasibətlərdə böhranın daha da pisləşəyəcəyini gözləmək olar. Bütün bunlar Paşinyanın irəli getdiyini göstərir. O, Qərbin siyasi peykinə çevrilməyə doğru gedir. Almatı Bəyannaməsinə istinadlar həm də ona görə qəribədir ki, bu sənəd heç vaxt Ermənistanın özünün problemlərini həll etməyib və Paşinyanın bəyannaməni Ukrayna və Rusiyaya “tətbiq etmək” üçün heç bir əsası yox idi”. Surenyants Paşinyanın sözlərini Qərbə baş əymə və onun tərəfindən təzyiqin sübutu kimi qiymətləndirir. Bu təzyiq həm Rusiya kontekstində, həm də İran kontekstində baş verir: “Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi də həmin Qərb tərəfindən legitimləşdirilir”. Digər politoloq, Stenford Universitetinin doktoru Artur Xaçikyan hesab edir ki, Qərb İrəvana təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli heç nə vermədən Ermənistanı Rusiyadan “qoparıb”. Onun sözlərinə görə, avropalı tərəfdaşlar Ermənistanın əsas rəqibi olan və ona təhlükə yaradan Azərbaycana təzyiq etmək istəmirlər: “İsrail və ya Ukrayna üçün etdikləri kimi Ermənistan üçün də nəsə etmək istəsəydilər, ən azı Azərbaycanı sanksiyalarla hədələyib Ermənistana hərbi yardım edərdilər. Əvəzində Avropa hər il enerji resursları üçün Azərbaycana 16 milyard dollar köçürür. Ermənistan hökuməti Qərbin “indulgensiyaları” ilə özünü və cəmiyyəti aldadaraq, səriştəsiz qərarlar verməkdə davam edir. Almaniya və bütövlükdə Avropa müxtəlif vədlərlə Ermənistanı Rusiyadan “qoparıb”. Qərbdə Ukraynaya “döyüş” deyirlər, Ermənistanı təslim olmağa çağırırlar. Bu, ikili standartlar siyasətidir”. Ermənistan hazırda Rusiya və Qərb arasında var-gəl edir, hər iki tərəfi qane etməyə çalışır. Bu isə bumeranq effekti verir. Rəsmi İrəvan üçün yeganə çıxış yolu regional əməkdaşlıq yolunu tutmaqdır. Bunun üçün isə Azərbaycan və Ermənistanla əlaqələrin normallaşması şərtdir.

Nahid SALAYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

SON XƏBƏRLƏR

18.01.2025 | 22:34
Hökümə Əliyevanın atasının kartından pul oğurlayan şəxs həbs edildi - FOTO

18.01.2025 | 21:20
Kiyevlə London arasında “100 illik tərəfdaşlıq” sazişi... İngiltərə Ukraynada hərbi baza yerləşdirəcək – Kreml narahatdır...

18.01.2025 | 20:09
Rusiya Ukraynanın Kurskda ələ keçirdiyi torpaqların 60 faizini geri aldı - Ukrayna qoşunları mühasirədə...

18.01.2025 | 18:19
Qədim adı Bərəkət olan, göllər şəhəri adını alan İsparta...

18.01.2025 | 18:15
ABŞ-ı dünyada hörmətdən salan Bayden və Blinken (2 BB) oldu...

18.01.2025 | 16:37
Rusiyada Azərbaycana qarşı media kampaniyalarını "FSB" idarə edir...

18.01.2025 | 16:21
Gürcüstan seçkilərinin regionda sakitliklə nə əlaqəsi? - İlham Əliyev cavabladı...

18.01.2025 | 16:14
Vəkillərlə aqrar sektorun əməkdaşlığı başladı - kimə nə fayda?

18.01.2025 | 15:55
Hökumə Əliyevanın ailəsinin pulu necə oğurlanıb? - Bank detalları açıqladı...

18.01.2025 | 15:31
Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edənlər tapıldı, pul geri qaytarıldı...

18.01.2025 | 15:03
"Suriyaya müxtəlif istiqamətlərdə yardımlar təklif edirik" - Ceyhun Bayramov

18.01.2025 | 14:51
"Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq" - Hakan Fidan

18.01.2025 | 14:45
Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi açıqlandı - 20 milyard...

18.01.2025 | 14:40
XİN: "Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək"

18.01.2025 | 14:27
Hakan Fidan: "Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək"

18.01.2025 | 13:53
"Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir" - Ceyhun Bayramov

18.01.2025 | 13:48
Azərbaycan-Türkiyə-Özbəkistan XİN rəhbərlərinin görüşü olacaq...

18.01.2025 | 13:47
"Azərbaycan Qəzzada atəşkəs və girovlara dair razılaşmanın icrasını gözləyir" - Nazir

18.01.2025 | 12:43
Nobel Komitəsinə açıq məktub - Qorbaçovun mükafatdan məhrum edilməsi barədə tarixi qərara imza atın...

18.01.2025 | 12:30
Ceyhun Bayramov və Hakan Fidan regional və qlobal vəziyyəti müzakirə ediblər - FOTO

18.01.2025 | 12:00
Hakan Fidan Ermənistanla sülh müqaviləsinin bağlanmasınin tezləşdirilməsi üçün Bakıya gəlib

18.01.2025 | 11:50
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul etdi

18.01.2025 | 11:31
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - RƏSMİ

18.01.2025 | 11:30
Makron Livana "lağım atdı"...

18.01.2025 | 11:23
Hökumə Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlandı

18.01.2025 | 11:14
Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq - külli miqdarda pulları oğurlandı

18.01.2025 | 10:32
Bu aktyor "Kuruluş Osman"dan ayrılır

18.01.2025 | 10:28
24 yaşı var, həftədə 1 milyon funt sterlinq qazanacaq...

18.01.2025 | 10:16
Saatlıda narkotika satanlar saxlanılıb

18.01.2025 | 10:00
Rusiyadan Kiyevə raket hücumu - azı 4 nəfər həlak olub

18.01.2025 | 09:30
"Kommunizmin şərindən qorxmayan Azərbaycan xalqı azadlığa can atdı" - amerikalı konqresmenlər

18.01.2025 | 09:27
Qəbiristanlıqlar bələdiyyələrə pulsuz verildi, bələdiyyələr isə qəbir yerlərini satır...

18.01.2025 | 09:00
Daha 42 ailə Cəbrayıla yola salınıb

18.01.2025 | 08:43
Mənzillərin qiyməti artır, sökülmüş evlərə görə kompensasiyalar artmır...

17.01.2025 | 23:35
Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəməri çəkiləcək...

17.01.2025 | 23:03
Kobaxidze Əliyevə "bizə də nümunəsiniz" dedi... niyə ?

17.01.2025 | 22:36
Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı - FOTO

17.01.2025 | 21:28
Bakının bu bələdiyyələri “kupçasız” əmlaklardan da vergi tələb edir...

17.01.2025 | 21:12
Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

17.01.2025 | 20:59
ABŞ-la strateji sənəd imzalayan ölkələr - heç kim ərazi bütövlüyünü bərpa edə bilmədi...

17.01.2025 | 20:44
Rusiyada Azərbaycana qarşı qərəzli media kampaniyası - strateji müttəfiqliyə sarsıdıcı zərbə...

17.01.2025 | 20:41
Trampın komandası Rusiya əleyhinə "Geniş miqyaslı strateji sanksiyalar paketi" hazırlayır...(?)

17.01.2025 | 20:29
Bir azdan Ermənistan sərhədlərini Amerika mütəxəssisləri qoruyacaq...

17.01.2025 | 20:18
Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalandı

17.01.2025 | 20:15
Paşinyan İlham Əliyevin 2 mühüm şərtini yerinə yetirir - birini tezliklə, digərini yayda...

17.01.2025 | 20:07
Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük

17.01.2025 | 20:01
Məxfi ABŞ-Azərbaycan danışıqları açıldı - Azərbaycana qarşı işləyən qurum bağlandı...

17.01.2025 | 19:48
Avropa xofda - Tramp Qrenlandiyanı hərblə tuta bilər...

17.01.2025 | 19:34
Masazır bələdiyyəsinin fəaliyyəti bunlardan ibarət imiş...

17.01.2025 | 19:20
Sabiq prezident Olland hakimiyyətə qayıdır, Makron gedir, Yeni Xalq Cəbhəsi yarandı...

17.01.2025 | 19:07
Dövlətçilik tariximizdə suverenlik anlayışı - hüquqi və praktik tərəflər...

17.01.2025 | 18:52
Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

17.01.2025 | 18:38
Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

17.01.2025 | 18:24
Kommunikasiyalar üzrə danışıqlarda uğursuzluq Qərbin Ermənistana təsirləri ilə bağlıdır?

17.01.2025 | 18:24
“Yalquzaq” tamaşaçılara təqdim olundu

17.01.2025 | 18:10
Ermənistan sərhəd məsələsində loyaldır, sazişi isə sabotaj edir - ziddiyyətin səbəbləri...

17.01.2025 | 17:56
10 ildən yaşlı avtomobillərin idxalı qadağandır - praktikada nələr görürük?

17.01.2025 | 17:43
ABŞ-la birgə USAID də Azərbaycandan getdi - Baydenin növbəti uğursuzluğu...

17.01.2025 | 17:29
Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar

17.01.2025 | 17:25
Ermənistandakı Aİ missiyasına Azərbaycanla bağlı kəskin sual qoyuldu...

17.01.2025 | 17:20
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub

17.01.2025 | 17:12
DİM qəbul imtahanlarını rəqəmsallaşdırır - kimlər nə gözləyir?

17.01.2025 | 16:55
Gürcüstanın Baş naziri Prezident İlham Əliyev haqqında - Siz fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz

17.01.2025 | 16:51
Almaniyadan Rusiyaya çağırış - Suriyadakı bazaları bağlayın, qoşunları ölkədən çıxarın...

17.01.2025 | 16:49
"Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır" - Prezident

17.01.2025 | 16:45
Prezident: "Azərbaycanla Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır"

17.01.2025 | 16:42
"Azərbaycanla Gürcüstanın siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər" - Prezident İlham Əliyev

17.01.2025 | 16:25
Los-Ancelesdə yanğın bölgəsindəki sakinlər silahlanmağa başladı – hökumət qarətçilərin qarşısını ala bilmir...

17.01.2025 | 16:12
Şəhid mayor Kamran Fərəcovun doğum günündə məzarı ziyarət olundu - FOTO

17.01.2025 | 16:07
Sərxoş halda maşın sürən şəxs həbs edildi

17.01.2025 | 15:55
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə başsağlığı verdi

17.01.2025 | 15:46
Putinlə Paşinyan telefon danışığında nəyi müzakirə ediblər...

17.01.2025 | 15:34
Ombudsman 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

17.01.2025 | 15:12
Hakan Fidan Bakıya gəlir

17.01.2025 | 15:08
BMU-da 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

17.01.2025 | 14:47
Sumqayıt polisi əməliyyat keçirdi - Kamil Məmmədov 20 kq narkotiklə tutuldu - VİDEO

17.01.2025 | 14:25
Gürcüstanın Bakıdakı səfirliyinin yeni binası üçün ayrılmış əraziyə baxış keçirildi

17.01.2025 | 14:23
Prezident İlham Əliyev və Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

17.01.2025 | 14:17
Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirildi - FOTO

17.01.2025 | 14:14
Gürcüstan Cənubi Qafqaz ölkələrinin iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edib

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031